Laft Group MMC
Şirkət haqqında:
“LAFT GROUP” MMC sahibkarlara (fiziki və hüquqi şəxslərə) bütün iqtisadi fəaliyyətlər çərçivəsində hüquq, audit, mühasibatlıq və vergi qanunvericliyinin tələblərinə uyğun olaraq kompleks xidmət həyata keçirən qabaqcıl konsaltınq şirkətlərindən biridir. Həyata keçirilən xidmətlər üzrə ixtisaslaşmış və uğur əldə etmiş mütəxəssislərlə əməkdaşlıq etməkdədir.
Əlaqə vasitələri:
Çağrı mərkəzi operatoru
Vəzifələr və məsuliyyətlər
- Şirkətin müşətri bazasındakı nömrələrlə əlaqə saxlayaraq, eyni zamanda şirkətə daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat vermək;
- Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq.
- Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək.
- Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək.
- Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək.
- Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq, müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək.
- Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana ünsiyyət qurmaq.
- Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsi.
- Sayt üzərindən olunan müraciətlərin cavablandırılması.
Tələb edilən bacarıqlar və təhsil
- Ali və ya orta ixtisas təhsili.
- Yüksək ünsiyyət bacarıqları.
- Problem həll etmə qabiliyyəti.
- Müştəri məmnuniyyətini təmin etmə bacarığı.
- Müvafiq texniki biliklər və məhsullar barədə məlumat.
- Komanda ilə işləmək qabiliyyəti.
- Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı.
- Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi mütləqdir.
- Mükəmməl Azərbaycan dilində ünsiyyət bacarığı, Rus və İngilis dilləri arzuolunandır.
İş saatları və əmək şərtləri
- Bir həfətlik təcrübə proqramını keçən şəxslərlə AR Qanunvericliyinə əsasən əmək müqaviləsi bağlanır
- Əmək haqqı: 400 manat (+bonus)
- İş qrafiki: 5 günlük iş qrafiki (09:00-18:00 və ya 10:00-19:00); İstirahət günləri: 2 gün.
- İş yeri: Bakı şəhəri, H.Əliyev pr.
























