North West Construction
Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Baş Konstruktor
Vəzifə Öhdəliklər
- Binaların və qurğuların daşıyıcı konstruksiyalarının (təməl, karkas, döşəmə, dam örtüyü) layihələndirilməsinə rəhbərlik etmək və layihələri təsdiqləmək.
- Daş karkas, dəmir-beton, metal və taxta konstruksiyaların statik və dinamik (seysmik) hesablamalarının aparılması və yoxlanılmasını həyata keçirmək.
- Geoloji tədqiqatlarının nəticələrinə əsasən özül ( təməl ) növünün seçilməsi və texniki həllərinin hazırlanması.
- Mürəkkəb və xüsusi təyinatlı obyektlər üçün fərdi konstruktiv həllərin işlənib hazırlanması.
- Digər bölmələrlə (memarlıq, elektrik, su-kanalizasiya, mexanika) konstruktiv həllərin koordinasiyasını həyata keçirmək.
- Layihələrin SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərə uyğun hazırlanmasına nəzarət etmək.
- Dövlət qurumları və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək.
- Tikinti mərhələsində layihənin müəllif nəzarətini həyata keçirmək, materialların və icra keyfiyyətinin layihəyə uyğunluğunu yoxlamaq.
- Komanda üzvlərinin işinə texniki rəhbərlik etmək, layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq.
Tələblər
- AutoCAD və REVİT proqramlarında sərbəst işləmə bacarığı; konstruktiv hesablamalar üçün SAP2000, ETABS, LİRA SAPR, Tekla Structures və digər bənzər proqramlarla iş təcrübəsi.
- Texniki sənədlərin hazırlanması üçün Word və Excel proqramlarını bilmək.
- Daş karkas, dəmir-beton, metal konstruksiyaların hesablanması və layihələndirilməsi üzrə dərin bilik.
- SNiP, SP, AzDTN və digər normativ bazaya yüksək səviyyədə bələdlik.
- Komanda idarəetmə, koordinasiya və layihə nəzarəti bacarıqları.
- Azərbaycan və rus dillərində texniki sənədləşmə ilə işləmə bacarığı.
- İnşaat mühəndisliyi (bina və qurğuların tikintisi) üzrə ali texniki təhsil.
- Sahə üzrə minimum 7 il layihələndirmə təcrübəsi, həmçinin mürəkkəb və xüsusi təyinatlı obyektlərdə layihələndirmə təcrübəsi.
- Yaşayış binaları, məktəb və bağçalar, sənaye obyektləri, hərbi və strateji obyektlər üzrə layihə təcrübəsi olanlara üstünlük verilir.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Baş konstruktor” başlığı ilə göndərməklə edə bilərsiniz.





















North West Construction