Flexline MMC
Şirkət haqqında:
Flexline - fitnes sahəsində fəaliyyət göstərən mərkəzlərin uğur hekayəsini yazan strateji tərəfdaşdır. 15 ildən artıq təcrübəmizlə biznesinizi A-dan Z-yə idarə edir, gəlirlərinizi artırır, xərclərinizi optimallaşdırır və müştərilərinizə premium səviyyəli xidmət təcrübəsi yaşadırıq.
Biz yalnız məsləhət vermirik – layihələri ideya mərhələsindən başlayaraq tam fəaliyyətə qədər müşayiət edir, əməliyyat proseslərini qurur, komandaları formalaşdırır və biznesin davamlı inkişafını təmin edirik. Məqsədimiz tərəfdaşlarımızın investisiyalarını daha səmərəli idarə etmələrinə, gəlirlərini artırmalarına və bazarda güclü mövqe qazanmalarına dəstək olmaqdır.
Flexline tərəfindən təqdim olunan xidmətlərə biznes planlaşdırılması, layihələndirmə, maliyyə və əməliyyat idarəetməsi, satış və marketinq strategiyalarının qurulması, insan resurslarının formalaşdırılması, xidmət standartlarının yaradılması və premium müştəri təcrübəsinin təşkili daxildir.
Biz hər bir layihəyə fərdi yanaşır, beynəlxalq təcrübəni yerli bazarın xüsusiyyətləri ilə birləşdirərək ölçülə bilən nəticələr əldə edirik. Əsas fəaliyyət prinsipimiz biznes sahiblərinin yükünü azaltmaq, idarəetmə proseslərini sistemləşdirmək və müəssisələrin potensialını maksimum səviyyədə reallaşdırmaqdır.
Bu gün Flexline fitnes və wellness sektorunda fəaliyyət göstərən müəssisələr üçün etibarlı idarəetmə və inkişaf tərəfdaşı kimi çıxış edir. Biz inanırıq ki, uğurlu biznes təsadüf nəticəsində deyil, düzgün strategiya, peşəkar idarəetmə və davamlı inkişaf yanaşması ilə formalaşır.
Əlaqə vasitələri:
Learning Specialist (Təlim üzrə Mütəxəssis)
İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti (Üç tac)(Flexline)
Namizədə tələblər:
- Yaş həddi: 25–40 yaş
- Ali təhsil (mütləq);
- Təlim, insan resursları və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
- MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilmək;
- Azərbaycan dilini səlis, rus və ya ingilis dillərindən ən azı birini yaxşı səviyyədə bilmək;
- Təlim və inkişaf sahəsi üzrə sertifikatların olması üstünlükdür;
- Güclü təqdimat, ünsiyyət və təşkilatçılıq bacarıqları;
- Analitik düşünmə, təşəbbüskarlıq və nəticəyönümlülük.
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün struktur bölmələri üzrə təlim ehtiyaclarını müəyyən etmək və təhlil etmək;
- Təlim proqramlarını hazırlamaq, planlaşdırmaq və həyata keçirmək;
- Müxtəlif şöbələrin əməkdaşları üçün peşəkar və inkişafyönümlü təlimlərin təşkili və keçirilməsi;
- Təlim materiallarını hazırlamaq və mütəmadi olaraq yeniləmək;
- Təlimlərin effektivliyini qiymətləndirmək, hesabatlar hazırlamaq və inkişaf təklifləri vermək;
- Əməkdaşların peşəkar inkişaf prosesini izləmək və dəstəkləmək;
- Yeni işə qəbul olunan əməkdaşların adaptasiya (onboarding) təlim prosesində iştirak etmək.
Şirkət tərəfindən təklif olunur:
- 1 000 AZN (net) əmək haqqı;
- Peşəkar təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi perspektivi;
- Premium idman zalından istifadə imkanı;
- Korporativ və inkişafyönümlü iş mühiti.

























