AIMC (Azerbaijan International Mining Company)
Şirkət haqqında:
1998-ci ildə fəaliyyətə başlayan Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti Azərbaycanın ən böyük qızıl, mis və gümüş hasilatı şirkətlərindən biridir. Şirkət ölkə üzrə ümumi sahəsi 2 400 kvadrat kilometrdən çox olan səkkiz əməliyyat müqaviləsi sahəsində fəaliyyət göstərir və həm açıq, həm də yeraltı mədənlərin istismarını həyata keçirir.
AİMKLŞ daxili kəşfiyyat fəaliyyəti nəticəsində aşkar edilmiş metal filizi yatağı əsasında Azərbaycanda yeraltı mədən inşa edən ilk şirkət olmuşdur. Müasir hasilat və emal texnologiyalarından istifadə edən şirkət filizlərin xüsusiyyətlərinə uyğun olaraq müxtəlif emal üsulları tətbiq etməklə qızıl dore və mis konsentratı istehsal edir.
Geoloji tədqiqatlar, hasilat metodları və faydalı qazıntıların emalı sahəsində bir sıra yeniliklərə imza atan AİMKLŞ Azərbaycanın dağ-mədən sənayesinin inkişafına mühüm töhfə verir. Son illərdə şirkət yeni mis mineralizasiyası sahələri müəyyən etmiş və ölkənin mis ehtiyatlarının inkişafına yönəlmiş fəaliyyətlərini genişləndirmişdir.
AİMKLŞ, Böyük Britaniyada qeydiyyatdan keçmiş Anglo Asian Mining PLC-nin törəmə şirkəti olaraq, qlobal əhəmiyyət daşıyan mis, qızıl və gümüş resurslarının səmərəli və davamlı şəkildə inkişaf etdirilməsini strateji prioritetlərindən biri hesab edir.
Əlaqə vasitələri:
Ekologiya üzrə Nəzarətçi (Gədəbəy & Ağdərə)
Vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyətinin ekoloji qanunvericiliyin, normativ tələblərin və ekoloji icazələrin şərtlərinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- ISO 14001 standartına uyğun Ekoloji İdarəetmə Sisteminin (EMS) tətbiqini, icrasını və davamlı təkmilləşdirilməsini təmin etmək;
- Mədən və emal sahələrində mütəmadi ekoloji monitorinqlər, yoxlamalar və auditlər aparmaq;
- Ətraf mühit üzrə monitorinq məlumatlarını toplamaq, təhlil etmək və hesabatlar hazırlamaq;
- Səth sularının monitorinqi, su balansının idarə olunması və Turş Mədən Drenajının (AMD) qarşısının alınması üzrə tədbirləri həyata keçirmək;
- Tullantıların idarə olunmasına, təhlükəli tullantıların düzgün saxlanılmasına və utilizasiyasına nəzarət etmək;
- Tailings Storage Facility (TSF) sahələrinin ekoloji monitorinqində iştirak etmək;
- Rekultivasiya, torpağın münbit qatının qorunması və mədənin bağlanması üzrə fəaliyyətləri dəstəkləmək;
- Ekoloji insidentləri araşdırmaq, səbəbləri müəyyən etmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
- Dövlət qurumları ilə əməkdaşlıq etmək, ekoloji hesabatların və tələb olunan sənədlərin hazırlanmasını təmin etmək;
- İşçilər və podratçılar arasında ekoloji maarifləndirmə tədbirlərini təşkil etmək;
- Ətraf mühitin mühafizəsi sahəsində davamlı təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsini dəstəkləmək.
Tələblər
- Ekologiya, Geologiya, Kimya Mühəndisliyi və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- Mədən, hasilat və ya ağır sənaye sahəsində ekologiya istiqaməti üzrə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının ekoloji qanunvericiliyi və beynəlxalq ekoloji standartlar üzrə biliklər;
- ISO 14001 Ekoloji İdarəetmə Sistemi üzrə praktiki iş təcrübəsi;
- Su ehtiyatlarının idarə olunması, tullantıların idarə olunması, ekoloji monitorinq və rekultivasiya sahəsində biliklər;
- Ekoloji risklərin qiymətləndirilməsi və insidentlərin araşdırılması üzrə təcrübə;
- ArcGIS, Microsoft Office proqramları və xüsusilə Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə, problem həll etmə, planlaşdırma və təşkilatçılıq bacarıqları;
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı;
- İngilis dili biliyi üstünlükdür;
- Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.
İş yeri və şəraiti
- İş yeri: Gədəbəy və Ağdərə, Azərbaycan;
- İş qrafiki: Növbəli iş qrafiki;
- Yaşayış yeri şirkət tərəfindən təmin edilir.























