TAİS İKF
Şirkət haqqında:
TAİS İKF MMC çirkəti 1994-cü ildən catering və dəstək (təmizlik, pest control, housekeeping, maintenance və s) xidmətləri göstərir. Bir sıra Respublika həcmli tədbirlərin qida , təmizlik, housekeeping xidmətlərii həyata keçirib.
Eurovision- 2012
Baku European Games- 2015
İslamic Games- 2017
BP Azərbaijan, TANAP proyektləri üzrə proyektlərin qalibi olub.
Əlaqə vasitələri:
Memar
TAİS İKF MMC komandamıza peşəkar və nəticəyönümlü “Memar” axtarırıq.
Vəzifə öhdəlikləri:
- Layihə tapşırıqlarına uyğun memarlıq konsepsiyalarını hazırlamaq
- Memarlıq layihələrinin eskiz, işçi və icra layihələrini hazırlamaq
- Tikinti norma və qaydalarına, şəhərsalma tələblərinə və qüvvədə olan qanunvericiliyə uyğun layihələndirməni təmin etmək
- Memarlıq layihələrinin texniki sənədlərini, plan, kəsik, fasad və detallarını hazırlamaq
- Layihələrin icrası zamanı mühəndis, konstruktor və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək
- Layihələrin texniki və iqtisadi cəhətdən səmərəli həllərinin hazırlanmasında iştirak etmək
- Tikinti materiallarının və memarlıq həllərinin seçilməsi ilə bağlı təkliflər vermək
- Layihələrin sifarişçinin tələblərinə və texniki tapşırığa uyğun hazırlanmasını təmin etmək
- Tikinti sahəsində müəllif nəzarətini həyata keçirmək, layihəyə uyğunluğa nəzarət etmək və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək
- Layihələr üzrə təqdimat materiallarını və vizuallaşdırmaları hazırlamaq və təqdim etmək
- Layihələrin icra müddətlərinə riayət olunmasına və müəyyən edilmiş qrafik üzrə tamamlanmasına nəzarət etmək
- Layihə sənədlərində zəruri dəyişiklikləri və düzəlişləri vaxtında hazırlamaq
- Müvafiq dövlət qurumları və digər aidiyyəti təşkilatlarla layihələrin razılaşdırılması prosesində iştirak etmək
- Layihə sənədlərinin arxivləşdirilməsini və elektron bazada düzgün saxlanılmasını təmin etmək
- AutoCAD, Revit, ArchiCAD, SketchUp, Lumion, 3ds Max və digər peşəkar proqram təminatlarından istifadə etməklə layihələrin hazırlanmasını təmin etmək
- Görülən işlər barədə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və daxili intizam qaydalarına riayət etmək
- Müəssisə rəhbərliyinin verdiyi digər xidməti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Namizədə tələblər:
- Memarlıq ixtisası üzrə ali təhsil
- Memar vəzifəsində minimum 3 il iş təcrübəsi
- AutoCAD proqramını sərbəst, Revit, ArchiCAD, SketchUp, Lumion və ya 3ds Max proqramlarından ən azı birini yaxşı səviyyədə bilmək
- Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel və Microsoft Word proqramlarında işləmək bacarığı
- Texniki çertyojları oxumaq, təhlil etmək və hazırlamaq bacarığı
- Layihələrin planlaşdırılması, vaxtın səmərəli idarə olunması və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı
- Komanda ilə işləmək, effektiv ünsiyyət qurmaq və yüksək təşkilatçılıq qabiliyyəti
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dili biliyi üstünlük hesab olunur
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş rejimi
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- İş yeri: TAİS – İKF MMC
Biz təklif edirik:
- Dinamik və inkişaf yönümlü iş mühiti
- Böyüyən şəbəkədə karyera imkanları
























