Azmerika
Şirkət haqqında:
Azmerika MMC 2019-cu ilin dekabr ayından etibarən bir çox xarici brendlərin rəsmi distribütorluğunu həyata keçirir. Şirkətimiz gənc olmasına baxmayaraq, mühərrik yağı bazarında xüsusi nüfuza malik olan mühərrik yağı brendləri ilə əməkdaşlıq edir.
Belə ki, Azmerika MMC, ABŞ brendi olan AMSOIL, Kanada brendi olan Petro-Canada mühərrik yağlarının, həmçinin Tayvan markası olan Maxxis təkərlərinin Azərbaycandakı yeganə rəsmi distribütorudur.
Əlaqə vasitələri:
Kopirayter / Kontent üzrə mütəxəssis
Öhdəliklər:
- Əməkdaşlıq etdiyimiz brendlərin sosial media kanalları üçün kontent strategiyasının hazırlanmasında iştirak
- Sosial media postları üçün description və caption-ların yazılması
- Reels videoları üçün ssenarilərin hazırlanması
- 2D motion, 3D və animasiya videoları üçün skriptlərin yazılması
- Reklam çarxları üçün ssenari və mətnlərin yazılması
- Brend tonunun qorunması və kontentlərə adaptasiyası
- Kreativ konsept və kommunikasiya təqdimatlarının hazırlanmasında iştirak
- Aylıq kontent planlarının hazırlanması və icrasına nəzarət
- Kreativ vizualizasiya komandası ilə koordinasiyalı işləmək
Tələblər:
- Ali təhsil
- Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı (İngilis və rus dilləri arzu olunandır)
- Copywriting və kontent menecmenti üzrə təcrübə
- Sosial media platformalarının iş prinsipini anlamaq
- Deadline-larla işləmə və məsuliyyətli yanaşma
- İş təcrübəsi: 1-3 il
İş barədə məlumat:
- İş qrafiki: 5 günlük
- İş saatı: 10:00-19:00
- Əmək haqqı: 900 AZN
























