Avtomobil satışı üzrə satıcı-məsləhətçi
“Performance Center” şirkəti vakansiya elan edir “Avtomobil satışı üzrə satıcı-məsləhətçi”!
Vəzifə öhdəlikləri:
- Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
- Avtomobillərin yüksək səviyyədə təqdim olunması, kampaniyalar, xidmətlər barədə geniş məlumat verilməsi;
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
- Ümumi fəaliyyətə dair satış rəhbərinə hesabatların verilməsi.
Tələblər:
- Ali təhsil
- Yaş: 23-35
- Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmalı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Təqdimat bacarığının olması;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyəti;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Avtomobil bazarı haqqında informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
Əlavə məlumatlar
- Həftədə 5 iş günü, saat 09:00-19:00
- Əmək haqqı: 600 AZN + Bonus
























