M-Trans
Şirkət haqqında:
M-Trans" MMC 2011-ci ildə Azərbaycan Respublikasının, Xaçmaz şəhərində yaradılmışdır və "M-Forward" şirkətlər qrupuna daxildir. Şirkətimiz həm yerli, həm də beynəlxalq yüklərin daşınması ilə məşğuldur. Uzun illərə dayanan təcrübəmizə əsaslanaraq istər quru, istər dəniz, istərsə də hava yolları ilə müntəzəm olaraq yük daşınma ehtiyaclarınızı təmin edə biləcəyimizə əmin ola bilərsiniz. Yük maşınlarımızın istehsal illəri 2003-cü ildən başlayaraq 2014-cü ilədəkdir. Şirkətimizə məxsus olan 80-dən çox konteyner daşıyıcı, 150-dən çox Avro 5, Avro 6 standartlarına uyğun olan refrejerator və yük avtomobillərimiz var. M-Trans MMC Beynəlxalq səviyyədə tanınmış böyük su nəqliyyatı şirkətləri olan Maersk, MSC, ARKAS və digər şirkətlərlə uzun müddətli və sıx əməkdaşlıq edərək, daşınmanın həcmindən, məsafəsindən asılı olmayaraq, logistika sahəsində regionun ən etibarlı və sərfəli şirkəti olaraq marka adını qazanmışdır.
Əlaqə vasitələri:
Yük Avtomobili Ehtiyat Hissələri üzrə Operator
Vəzifə öhdəlikləri:
- İş prosesləri ilə bağlı məlumatların proqram təminatına daxil edilməsi və mütəmadi yenilənməsi;
- Ehtiyat hissələri sənədlərin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi;
- Daxil edilən məlumatların düzgünlüyünün yoxlanılması və sistemdə müvafiq qaydada saxlanılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi;
- Görülmüş işlər barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
- Şirkətin daxili nizam-intizam qaydalarına və əmək intizamına riayət edilməsi;
- Əmək müqaviləsi və vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqların icra edilməsi.
Namizədə tələblər
- Yaş: 20 – 30;
- Ali təhsil;
- Rus dili – sərbəst və ingilis dili - arzuolunan
- Yük avtomobili ehtiyat hissələri barədə biliklər - arzuolunan
- 1C, Word, Excel proqramlarını bilməli;
- İşində ciddi və məsuliyyətli olmalı;
- Komandada işləmək və ünsiyyət qurmaq bacarığı.
- Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti.
İş rejimi və əmək haqqı:
- Əmək haqqı – 700 AZN
- İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Yük Avtomobili Ehtiyat Hissələri üzrə Operator” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
























