Redmark Agency
Video Montaj / Video editor
Şirkət: Redmark Agency
İş haqqında:
Redmark Agency komandasına kreativ düşüncəli, müasir video trendlərini izləyən və sosial media platformaları üçün dinamik videolar hazırlaya bilən Video Editor axtarırıq.
Vəzifə öhdəlikləri:
* Sosial media platformaları (Instagram Reels, TikTok, YouTube Shorts və s.) və korporativ layihələr üçün videoların montaj edilməsi;
* Ehtiyac olduqda sadə motion qrafika və titrlərin hazırlanması;
* Dizayner, kontent menecerləri və SMM komandası ilə koordinasiyalı işləmək;
* Layihələrin müəyyən olunmuş deadline-lara uyğun şəkildə təhvil verilməsi.
Namizədə tələblər:
- Videomontaj sahəsində minimum 1–2 il iş təcrübəsi;
- Premiere pro və CapCut proqramını yüksək səviyyədə bilmək (mütləqdir);
- Kreativ montaj bacarığı və vizual zövq;
- Vaxtı düzgün idarə etmək və tapşırıqları vaxtında təhvil vermək;
- Komandada işləmə bacarığı.
- Kreativ baxış bucağını nümayiş etdirən portfolio (müraciət üçün mütləqdir);
Üstünlük hesab olunur:
- Digər montaj proqramlarını bilmək;
- AI alətləri ilə işləmək təcrübəsi;
- Motion qrafika və ya rəng korreksiyası üzrə biliklər.
İş qrafiki: Həftə içi 5 gün, 10:00–19:00.
İş rejimi: Hibrid.
Müraciət üçün:
CV və portfolio fayllarınızı [email protected] elektron ünvanına göndərin.
Mövzu hissəsində: Video Editor qeyd etməyiniz mütləqdir.
Qeyd: Portfolio təqdim edilməyən müraciətlər nəzərdən keçirilməyəcək.























