Texnoloq
Vəzifə öhdəlikləri
- Neft-mədən avadanlığının çertyojlarının hazırlanması və işlənməsi
- Avadanlığın istehsalı üzrə texnoloji sənədlərin (texnoloji xəritə, marşrut vərəqi və s.) tərtib edilməsi
- Digər texniki sənədlərin hazırlanması və aktuallaşdırılması
- Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Anbarda məhsul dövriyyəsinin izlənməsi və uçotunun aparılması
- İstehsal prosesində yaranan texniki məsələlərin həllində iştirak
- İstehsalat sahəsi ilə mühəndis heyəti arasında texniki koordinasiyanın təmin edilməsi
Namizədə tələblər
- Ali təhsil — mühəndis-mexanik ixtisası üzrə
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- AutoCAD proqramında sərbəst işləmə bacarığı
- MS Office proqramlarında (Word, Excel) sərbəst işləmə bacarığı
- Neft-mədən avadanlığının növlərini və iş prinsiplərini yaxşı bilmək
- Texnoloji sənədlərin hazırlanması üzrə bilik və təcrübə
- Texniki çertyojları oxumaq və şərh etmək bacarığı
- Məsuliyyətlilik, detallara diqqət və komandada işləmə bacarığı
- Analitik düşüncə və problemləri müstəqil həll etmə qabiliyyəti
Üstünlük sayılır
- SolidWorks, KOMPAS-3D və ya digər CAD proqramlarında iş təcrübəsi
- İstehsalat müəssisəsində (maşınqayırma, metal emalı) iş təcrübəsi
- Rus və ya ingilis dilində texniki sənədlərlə işləmə bacarığı
İş şəraiti və təkliflərimiz
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə
- 5 günlük iş həftəsi, 2 gün istirahət
- Əmək haqqı müsahibə nəticəsində razılaşma yolu ilə müəyyən edilir
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Sabit və mehriban iş mühiti






















Neft - Mədən Avadanlığı MMC