Facemark.az
Şirkət haqqında:
Facemark.az onlayn biznes platforması 2011-ci ildən fəaliyyət göstərir. Fəaliyyətimiz çərçivəsində 20-dən çox yerli və xarici festivalın media partnyoru olmuş, yerli konfranslar, forumlar, onlayn konfranslar, canlı yayımlar təşkil etmişik.
Ən son biznes, iqtisadiyyat və texnologiya xəbərlərini Facemark.az-dan öyrənə bilərsiniz.
Əlaqə vasitələri:
Marketinq Komanda Rəhbəri (Senior Marketing Team Lead)
Facemark artıq 15 ildir ki, Azərbaycanın aparıcı biznes forumlarını, zirvələrini, konfranslarını və korporativ tədbirlərini həyata keçirir. Biz yalnız tədbir təşkil etmirik – ideyaları insanlarla, brendləri auditoriyalarla, biznesi isə gələcəklə birləşdiririk. Hazırda komandamıza marketinq strategiyasını qura və icrasına liderlik edəcək Marketinq Komanda Rəhbəri (Marketing Team Lead) axtarırıq.
Əsas vəzifələr
- Şirkətin özünün illik və ona müvafiq olaraq rüblük marketinq aktivlikləri planını hazırlamaq və icrasının təşkili;
- Marketinq komandasının gündəlik işini planlamaq, koordinasiya etmək və inkişaf etdirmək;
- Tapşırıqların idarə edilməsi üzrə nəzərdə tutulan proqram təminatı vasitəsilə ümumi tapşırıqların komanda üzvləri arasında bölüşdürülməsi və icrasına nəzarət, sistemli şəkildə komanda görüş və iclaslarının təşkili;
- Şirkətin onun keçirdiyi tədbirlər üzrə ehtiyac olduğu təqdirdə aylıq və rüblük hesabatların hazırlanması, hesabat formalarının mütəmadi təkmilləşdirilməsi;
- Hər tədbir və layihə üçün marketinq planı hazırlamaq;
- Rəqəmsal marketinq, sosial media, PR və kontent fəaliyyətlərini koordinasiya etmək;
- Reklam büdcələrinin planlaşdırılması və effektiv idarə olunması. Hər tədbir üzrə və ümumi şirkətin reklam hədəflərini təyin etmək;
- Şirkətin marketinq istiqaməti üzrə tərəfdaşları ilə daimi effektiv ünsiyyət və əməəkdaşlıqların inkişafı üzrə təkliflər hazırlamaq;
- CRM və müştəri məmnuniyyəti üzrə tədbirlər planı, hədəflər təyin etmək və iştirakçılarla mütəmadi olaraq sorğuların təşkilinə nəzarət
- Performans göstəricilərini (KPI) izləmək, analiz etmək və optimallaşdırmaq;
- Dizayn, satış, layihə idarəetməsi və digər komandalarla sıx əməkdaşlıq etmək;
- Yeni marketinq alətləri, texnologiyalar və AI həllərini tətbiq etmək;
- Brendin bazardakı mövqeyinin gücləndirilməsi üçün yeni təşəbbüslər irəli sürmək, mütəmadi təkliflər hazırlamaq və komandanın bacarıqlarının inkişafı üzrə təkliflər vermək;
Axtardığımız namizəd
- Marketinq sahəsində minimum 3 il, rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi;
- Komanda idarəetməsi bacarığı;
- Elastik iş qrafikinə uyğunlaşma və iş bitiricilik
- Digital Marketing üzrə güclü bilik və praktiki təcrübə;
- Marketinq strategiyasının hazırlanması və icrası üzrə təcrübə;
- Analitik düşüncə və data əsaslı qərarvermə bacarığı;
- Layihələrin eyni anda idarə olunması bacarığı;
- Azərbaycan dilində mükəmməl, ingilis dilində isə işgüzar səviyyədə ünsiyyət bacarığı.
Sizə üstünlük qazandıracaq
- Event marketinq təcrübəsi;
- B2B marketinq sahəsində iş təcrübəsi;
- AI alətləri ilə işləmə bacarığı;
- CRM və Marketing Automation sistemləri ilə təcrübə.
- Böyük şirkətlərlə tanışlıq və geniş networking imkanı
- Şəxsi brendinqin sürətli inkişafı
Biz nə təklif edirik?
- Azərbaycanın ən böyük biznes tədbirlərinin hazırlanmasında iştirak;
- Güclü və yaradıcı komanda ilə işləmək imkanı;
- Qərarvermədə real söz sahibi olmaq;
- Davamlı peşəkar inkişaf və öyrənmə mühiti;
- Maraqlı layihələr və yüksək məsuliyyət;
- Performansa əsaslanan bonus sistemi;
- Rahat ofis və pozitiv iş mühiti.
İş şərtləri
- İş yeri: Bakı şəhəri (tam ştat, ofisdən iş)
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
- Tədbirlər və layihələrin icrası dövründə çevik iş qrafiki ilə işləməyə hazırlıq
- Əməkhaqqı: 1000 Azn + (namizədin təcrübəsinə uyğun)
- Əlavə motivasiya: KPI və performansa əsaslanan bonus sistemi
- Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Sınaq müddəti: 2 ay (sınaq müddətində əmək haqqı tam ödənilir)
- Məzuniyyət və digər sosial təminatlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun təqdim edilir.





















