Mülki İnşaat Mühəndisi (Civil Engineer)
Avensol MMC təcrübəli “Mülki İnşaat Mühəndisi” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifələr:
- Yarımstansiya və digər tikinti layihələri üzrə mülki işlərin layihələndirilməsi, cizgilərin hazırlanması və texniki həllərin işlənib hazırlanmasını təmin etmək;
- Layihə və shop drawing-ləri müstəqil şəkildə hazırlamaq, texniki detalları düzgün işləmək və sahədə tətbiqinə nəzarət etmək;
- Görülən işlərin layihə tələblərinə, texniki spesifikasiyalara, normativ sənədlərə və keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
- Sahədə podratçılar, mühəndislik qrupları və digər aidiyyəti tərəflərlə koordinasiyanı həyata keçirmək;
- İşlərin icra qrafikinə uyğun, vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
- Texniki hesabatların, icra sənədlərinin və tələb olunan digər sənədlərin hazırlanmasında iştirak etmək;
- Sahədə yaranan texniki məsələlərin operativ həllinə dəstək vermək.
Namizədə tələblər:
- Mülki inşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
- Mülki tikinti sahəsində minimum 5 il iş təcrübəsi;
- Yarımstansiya, enerji, sənaye və ya iri həcmli tikinti layihələrində təcrübə üstünlükdür;
- AutoCAD proqramı və texniki layihə sənədləri ilə müstəqil işləmək bacarığı;
- Layihə cizgilərini, shop drawing və texniki sənədləri hazırlamaq, işləmək və inkişaf etdirmək bacarığı;
- Tikinti prosesləri, sahə işlərinin təşkili, keyfiyyətə nəzarət və texniki koordinasiya üzrə biliklər;
- Məsuliyyətli, dəqiq, analitik düşüncəli və komandada işləmək bacarığı;
- İngilis dili biliyi mütləqdir.
Əmək haqqı təcrübəyə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən olunur.






















Avensol MMC