AzerBlast MMC
Şirkət haqqında:
“AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət) “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir. Cəmiyyət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Cəmiyyətin iki təsisçisi mövcuddur. Təsisçilərdən biri “AzerGold” QSC, digəri isə “DM Servis” MMC-dir. Törəmə cəmiyyətin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi digər təsisçi “DM Servis” MMC-nə təsisçiyə məxsusdur. Cəmiyyətin yaradılmasında məqsəd mədənlərin hasilatı prossesində və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, idxaldan asılılığın aradan qaldırılmasıdır. Həmçinin MMC istehsal etdiyi məhsulların xarici bazarlara çıxarılmasını, ölkəmizin ixrac potensialının artırılmasına töhfə verməyi qarşıya hədəf qoymuşdur. Bu məqsədlə ölkəmizdə sənaye partlayıcı maddələrin istehsalını həyata keçirəcək zavodun inşası nəzərdə tutulub. Bu məqsədlə yaxın gələcəkdə qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır. Zavodda istehsalat ekoloji norma və qaydalara uyğun təşkil ediləcəkdir. Sözügedən müəssisənin fəaliyyəti regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcəkdir.
Əlaqə vasitələri:
Hüquqi məsələlər üzrə menecer
“AzerBlast” MMC-nin Bakı ofisinə Hüquqi məsələlər üzrə menecer vəzifəsinə vakansiya elan edilir:
Vəzifə öhdəlikləri
- “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyətin (bundan sonra mətndə “Cəmiyyət” adlanacaq) İcraçı direktoruna imzalanmaq üçün təqdim edilmiş qərar, əmr, məktub, digər hüquqi akt və sənəd layihələrinə, habelə müqavilələr, memorandum və bu qəbildən olan digər sənədlərinə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılmasını təmin etmək, həmin layihələrə münasibət bildirmək, razılaşdırma və ya viza vermək;
- Hüquqa dair daxil olmuş sənədlərə, materiallara, layihələrə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılmasını, araşdırılmasını, cavablandırılmasını, imzalanmasını və vaxtında göndərilməsini təmin etmək;
Hüquqi məsələlər üzrə menecer aşağıdakı funksiyaları yerinə yetirir:
- İcraçı direktorun tapşırığı əsasında hüquqi audit və hüquqi risklərin dəyərləndirilməsi üzrə zəruri tədbirlərin icrasını təmin etmək;
- Cəmiyyətin struktur bölmələrinə Azərbaycan Respublikası qanunvericiliyinin və Cəmiyyətin Nizamnaməsinin tətbiqi ilə əlaqədar hüquqi yardım göstərmək;
- Azərbaycan Respublikasının yurisdiksiyasında olan məhkəmələrdə Cəmiyyətin tərəf olaraq iştirak etdiyi müxtəlif məzmunlu məhkəmə işlərində prosessual hüquq və vəzifələrin düzgün və ya tam icra olunmasını təmin etmək;
- Dövlət qurumlarında və orqanlarda, müəssisə və təşkilatlarda öz səlahiyyətləri çərçivəsində Cəmiyyətin qanuni mənafelərinin müdafiə olunmasını təmin etmək;
- Hüquqi məsələlər üzrə menecerin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin İcraçı direktoru tərəfindən verilən qərar, əmr və digər hüquqi sənədlərin layihələrin hazırlanmasını təmin etmək və onlar barəsində rəylər vermək;
- Təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarla münasibətlərdə Cəmiyyət adından çıxış edərək onun daxil olduğu mülki hüquq münasibətlərinin yaranmasına əsas olan əqdlərin hazırlanmasını təmin etmək, zəruri hallarda onları hüquqi ekspertizadan keçirərək rəylər vermək;
- Cəmiyyətin şöbələrinin fəaliyyətini tənzimləyən əsasnamələr və vəzifə təlimatlarının layihələrinin hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin Müşahidə Şurası və Ümumi Yığıncağı qismində çıxış edən orqanlar ilə fəaliyyətin təşkili və zəruri tədbirlərin icrası;
- Əlavə vəfizələri – Bu vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını vaxtında və tam icra etmək;
- Bilməlidir - Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, təsdiq etdiyi Qayda və Təlimatları, Cəmiyyətin Nizamnaməsini, əmr, sərəncam və göstərişlərini, Departamentin və şöbənin Əsasnaməsini və hazırki vəzifə təlimatını;
Məsuliyyət – Hüquqi məsələlər üzrə menecer aşağıdakılara görə məsuliyyət daşıyır:
- Hüquqi məsələlər üzrə menecerin işi ilə əlаqədаr Cəmiyyətin əmr, qərar, sərəncam və göstərişlərinin düzgün tətbiq edilməsinə və müvаfiq qаydаdа icrаsının təmin еdilməsinə;
- Qаnunvеricilik аktlаrının müddəаlаrınа riаyət еdilməsinə;
- Öz işinin səmərəli təşkil edilməsinə;
- Cəmiyyət üzrə müəyyən olunmuş hesabatların vaxtında və düzgün təqdim olunmasına;
- Bütün xidməti sirri təşkil edən məlumatların məxfi saxlanılmasına;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət edilməsinə;
- Cəmiyyətin Nizamnaməsində və bu Vəzifə Təlimatında nəzərdə tutulmuş əsas vəzifə və funksiyaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə.
Tələblər
- Təhsil: Ali hüquqi təhsil;
- Microsoft Office proqramlarını mükəmməl bilməli;
- Dil bilikləri: Azərbaycan dili, Rus dili, Türk dili, İngilis dili;
- İş təcrübəsi: Hüquq sahəsində ən azı 3 il;
İş şəraiti
- İş saatı: 9:00-18:00; İstirahət günləri: şənbə və bazar günü;
- İş yeri: Bakı şəhəri;





















