Glassica
Şirkət haqqında:
Texniki şüşə məmulatları daxil olmaqla sair şüşə məmulatların istehsali və emalı.
Əlaqə vasitələri:
İstehsalat Xətti Operatoru-Sumqayıt
Vəzifə öhdəlikləri:
-
Şüşə butulkalarının formalaşdırılması prosesini texnoloji təlimatlara uyğun idarə etmək və istehsalın fasiləsizliyini təmin etmək;
-
İstehsal avadanlıqlarının iş rejimini, istehsal parametrlərini və texniki vəziyyətini davamlı izləmək, normadan kənar halları vaxtında aşkar edərək aidiyyəti şəxslərə məlumat vermək;
-
Şüşə məmulatlarının forma, ölçü, divar qalınlığı, boyun hissəsi və digər keyfiyyət göstəricilərinə vizual nəzarət etmək, qüsurlu məhsulların yaranma səbəblərinin aradan qaldırılmasına dəstək olmaq;
-
Qəliblərin, boyun halqalarının və digər formalaşdırıcı elementlərin düzgün işləməsinə nəzarət etmək, format dəyişdirilməsi işlərində iştirak etmək;
-
Avadanlıqların gündəlik texniki baxışını həyata keçirmək, sadə nasazlıqları aradan qaldırmaq, mürəkkəb nasazlıqlar barədə texniki xidmət əməkdaşlarını məlumatlandırmaq;
-
Feeder, konveyer, soyutma və digər köməkçi sistemlərin işini izləmək, yaranan problemləri operativ şəkildə bildirmək;
-
Xammal və köməkçi materiallardan səmərəli istifadə olunmasını təmin etmək, istehsal itkilərinin və qüsurlu məhsul faizinin minimum səviyyədə saxlanılmasına dəstək olmaq;
-
Şüşə butulkalarının ölçülərinə uyğun karton qutuları, salafan və digər qablaşdırma materiallarını hazırlamaq;
-
Taxta paletlərin hazırlanmasını, təmirini və istifadəyə yararlı vəziyyətdə saxlanılmasını təmin etmək;
-
Məhsulun paletlərə düzgün yerləşdirilməsini, hava yastıqları və digər qoruyucu qablaşdırma elementlərinin düzgün tətbiqini, şrinkləmə prosesinin keyfiyyətlə icrasını təmin etmək;
-
Hazır məhsulun təhlükəsiz daşınması və saxlanılması üçün qablaşdırma prosesinə nəzarət etmək;
-
Qablaşdırma materiallarının ehtiyatına nəzarət etmək, çatışmazlıq hallarında məsul şəxsləri məlumatlandırmaq;
-
İstehsalat sanitariyası, əməyin mühafizəsi, təhlükəsizlik və daxili nizam-intizam qaydalarına ciddi riayət etmək.
Tələblər:
-
Texniki peşə, orta ixtisas və ya ali təhsil;
-
İstehsalat sahəsində iş təcrübəsi üstünlükdür;
-
İstehsalat avadanlıqları ilə işləməyə maraq;
-
Texniki biliklərə yiyələnmək və yeni prosesləri öyrənmək bacarığı;
-
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
-
Komanda ilə işləmək bacarığı;
-
Növbəli iş rejimində işləmək imkanı.
İş şəraiti:
-
İş qrafiki: Növbəli;
-
İş yeri: Sumqayıt;
-
Nahar əvəzi ödənilir;
-
Servis xidməti mövcuddur;
-
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
-
Müraciətlər həftə içi 5 gün, saat 08:00–17:00 aralığında Vatsap vasitəsilə qəbul olunur.
Müraciət üçün:
Müraciət zamanı ad, soyad, yaş və yaşayış yerini qeyd etməyiniz xahiş olunur.
Vatsap: 010 236 08 17 – Kadrlar şöbəsi



























Glassica