İT Texniki
İş şəraiti
- İş yeri: Bakı
- İş qrafiki: Əsasən gecə növbəsi, zərurət yarandıqda gündüz növbəsinə cəlb oluna bilər.
- Əməkhaqqı: 800 – 1300 AZN (bilik və təcrübədən asılı olaraq)
Vəzifə öhdəlikləri
- Şirkətin avtobuslarında quraşdırılmış CCTV (kamera) sistemlərinə texniki dəstəyin göstərilməsi.
- Kamera və DVR sistemlərinin quraşdırılması, sazlanması və test edilməsi.
- Kamera, DVR və əlaqəli kabellərin nasazlıqlarının diaqnostikası və aradan qaldırılması.
- Nasaz kamera və DVR avadanlıqlarının dəyişdirilməsi.
- Avtobuslarda qapı monitorlarının nasazlığı zamanı diaqnostikasının aparılması, monitorların dəyişdirilməsi və təmir üçün aidiyyəti üzrə göndərilməsi.
- Kamera görüntülərinin və DVR sistemlərinin düzgün işləməsinə nəzarət.
- Yeni avadanlıqların quraşdırılması və mövcud sistemlərə texniki baxışın keçirilməsi.
- Görülən texniki işlər barədə qısa hesabatların hazırlanması.
- Rəhbərlik tərəfindən verilən digər texniki tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər
- CCTV kamera və DVR sistemləri üzrə bilik və ya iş təcrübəsi.
- Kamera, DVR və şəbəkə kabelləri ilə işləmək bacarığı.
- Windows əməliyyat sistemi, kompüter avadanlıqları və lokal şəbəkələr üzrə əsas İT bilikləri.
- Elektronika üzrə əsas biliklərə sahib olmaq.
- Texniki nasazlıqları operativ müəyyən edib aradan qaldırmaq bacarığı.
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.
- Gecə növbəsində işləməyə hazır olmaq.
Üstünlük hesab olunur
- CCTV, DVR və IP kamera sistemləri ilə iş təcrübəsinin olması.
- Kamera və DVR sistemləri ilə iş təcrübəsi.
Təklif edirik
- Rəsmi əmək müqaviləsi.
- Stabil və uzunmüddətli iş mühiti.
- Peşəkar inkişaf imkanı.
- Əməkhaqqı: 800 – 1300 AZN (təcrübə və bilik səviyyəsinə uyğun).
Əlaqə nömrəsi (012) 430 85 85, daxili 123, mobil nömrə: 055 500 6776


























