Agromotors Azerbaijan
Şirkət haqqında:
Kənd təsərrüfatı texnikalarının satışı, servisi, ehtiyat hissələrinin və yağların satışı. 1 nömrəli kənd təsərrüfatı texnikası brendi olan amerikan John Deere brendinin Azərbaycanda rəsmi və tək dileri.
Əlaqə vasitələri:
Çilingər usta (Servis texniki)
Namizədə tələblər:
Kənd təsərrüfatı texnikası üzrə bacarıqlar
- Kombayn və digər kənd təsərrüfatı texnikalarının texniki quruluşunu bilmək;
- Mövsümi texniki baxış və profilaktik servis işlərini yerinə yetirmək;
- Sahədə yaranan nasazlıqları operativ şəkildə aradan qaldırmaq;
- Texniki sənədlərdən, ehtiyat hissələri kataloqlarından və servis təlimatlarından istifadə etmək bacarığı.
Hidravlik sistemlər üzrə bilik və bacarıqlar
- Hidravlik sxemləri oxumaq və sistemin iş prinsipini anlamaq;
- Hidravlik nasazlıqların diaqnostikası və sızmaların aşkar edilməsi;
- Hidravlik silindirlərin sökülməsi, təmiri və yığılması;
- Hidravlik klapanların, nasosların, şlanqların və birləşdirici elementlərin yoxlanılması və dəyişdirilməsi;
- Təzyiq ölçmə cihazlarından istifadə etməklə hidravlik sistemlərin yoxlanılması.
Mexaniki işlər üzrə bilik və bacarıqlar
- Podşipniklərin, salniklərin, diyircəkli valların, şesternaların və digər mexaniki hissələrin dəyişdirilməsi;
- Reduktor, ötürücü mexanizmlər və hərəkət sistemlərinin təmiri;
- Aqreqatların sökülməsi, yığılması və sazlanması;
- Bərkidici elementlərin düzgün sıxılma qaydalarına əməl edilməsi;
- Mexaniki nasazlıqların diaqnostikası və aradan qaldırılması.
Elektrik sistemləri üzrə bilik və bacarıqlar
- Elektrik sxemlərini oxumaq və nasazlıqları müəyyən etmək bacarığı;
- Qoruyucuların (sığortaların), elektrik açarlarının və elektrik klapanlarının yoxlanılması və dəyişdirilməsi;
- Elektrik naqillərində qırılma, qısaqapanma və kontakt problemlərinin diaqnostikası və aradan qaldırılması;
- Multimetr və digər ölçü cihazlarından istifadə bacarığı;
- Sensorların, aktuatorların və digər elektrik komponentlərinin işləkliyinin yoxlanılması;
- Elektrik təhlükəsizliyi qaydalarına riayət edilməsi.
Ümumi peşəkar bacarıqlar
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
- Problemləri analiz etmək və operativ həll yolu tapmaq bacarığı;
- İş planına uyğun vaxtında tapşırıqları yerinə yetirmək;
- Ezamiyyətlərə hazır olmaq;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
- Müştərilərlə peşəkar ünsiyyət qurmaq və şirkəti layiqincə təmsil etmək.
Üstünlük veriləcək namizədlər:
- Kənd təsərrüfatı texnikalarının təmiri sahəsində iş təcrübəsi olanlar;
- Elektrik və hidravlik sistemlər üzrə əlavə təlim və sertifikatlara malik olanlar;
- A\B kateqoriyalı sürücülük vəsiqəsinə sahib olanlar.


























