SALOĞLU
Şirkət haqqında:
Şirkətin adı Ağstafa rayonun Saloğlu kəndində olan “Saloğlu” suyunun adından götürülmüşdür. Belə ki, məhşur “Saloğlu” suyunun adına şirkət açılıb və həmin şirkətin davamı olaraq “SALOGLU” mebel fabriki yaradılmışdır. “SALOGLU” mebel fabriki respublikanın qərb zonasında yerləşir, sahəsi 20 000m²-dir. İstehsala 2000-ci ildə başlamışdır.
Ölkə prezidenti İlham Əliyev cənabları ilk dəfə 2004-cü ildə YMF-Yumşaq Mebel Fabrikinin açılışnı etmişdir.
2009-cü ildə Gürcüstanın Batumi şəhərində fabrik istehsala başlamışdır.
2012-ci ildə Almaniyanın Köln şəhərində mağaza istifadəyə verilmişdir və oradan avropanın 7 ölkəsinə məhsul ixrac edilmişdir. Köln şəhərində şirkətin rəsmi ofisi yaradılmışdır.
2013-2014-cü illərdə Azərbaycanda baş vermiş iqtisadi krizislə əlaqədar “Saloglu” ölkə ərazisində də digər fabriklərin tikintisinə başlamağı özünə hədəf qoymuşdur.
2016-cı ildə ölkə prezidenti İlham Əliyev cənabları “MODERN” Mebel Fabrikinin açılışında iştirak etmiş və eyni zamanda “VENZANA” Mebel Fabrikinin təməlini qoymuşdur.
“VENZANA” mebel fabrikinin investisiya dəyəri 30 milyon manatdır və illik 12.000 dəst yataq, 6.000 dəst qonaq mebeli istehsal etmək gücündədir.
Ölkə prezidenti İlham Əliyev cənabları 2023-cü il Avqust ayının 7-də “VENZANA” layihəsinin açılışında iştirak etmişdir. Fabrikdə istehsal olunan mebellər daxili bazarla yanaşı Qazaxıstan və Özbəkistana ixrac olunur. Yaxın gələcəkdə Rusiya, Gürcüstan,Almaniya və digər ölkələrə ixrac planlaşdırılır.
Köln şəhərində ofis yaradıldıqdan sonra “SALOGLU” dünyanın müxtəlif yerlərində təşkil olunmuş sərgilərə qatılmış, bununla da dünyaca məhşur mebel şirkətləri ilə əməkdaşlıq qurulmuşdur. Hal-hazırda 4 öndə gedən şirkət ilə əməkdaşlığımız var: Türkiyənin "Çilek", Amerikanın "Ashley", "Theodore Alexander", İtaliyanın "Visionnaire".
"Çilek" mobilya Türkiyənin lokomativ uşaq mebeli istehsalçısı, "Ashley" 1945-də yaradılıb, 5 milyard dollar dövriyyəsi olan bir şirkətdir, "Visionnaire" İtaliyanın lüks və xüsusi dizaynlı mebel istehsalçısı, "Theodore Alexander” amerikanın əl işləri detaylarına xüsusi yer verən lüks mebel istahsalçısıdır. Bu şirkətlətin Azərbaycanda rəsmi dileri məhz “SALOGLU”-dur.
Əlaqə vasitələri:
Satış təmsilçisi
İş şəraiti
- Əmək haqqı: 800-1400 AZN
- Ünvan: Bakı şəhəri
Öhdəliklər
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və dolğun məlumat vermək
- Tələbata uyğun olaraq müştərilərə düzgün seçim etməyə köməklik göstərmək
- Qüvvədə olan kampaniyaların şərtlərini mağaza heyətinə düzgün formada çatdırmaq və icrasını düzgün formada təmin etmək
- Alıcılara qiymətlər və kredit/taksit əməliyyatları haqqında ətraflı məlumat vermək
- Satış zamanı sifariş formunu düzgün şəkildə tərtib və mövcud proqrama düzgün formada daxil edilməsinə nəzarət
- Mağaza standartlarının və reqlamentlərinin təmin edilməsinə, həmçinin qorunmasına nəzarət etmək
- Satışında yaranmış problemləri operativ həll etmək, həll edə bilmədiyi problem barəsində rəhbərinə dərhal məlumat vermək
- Mağazada nümayiş olunan məhsullarının səliqəliliyinə, tamlığına nəzarət etmək.
Tələblər
- Yaş: 20-35
- Təcrübə: 1-3 il (Mebel sahəsində təcrübəsi olanlara üstünlük verilir)
- 1C, Microsoft Office proqramlarını bilməli
- Mebel satışı sahəsində təcrübəsi arzuolunandır
- Aktiv, inandırma və təqdim etmə qabiliyyəti olmalı
- Komandada işləmək bacarığı
- Karyerada yüksəliş imkanı.





















