AGRO - WEST DC LLC
Şirkət haqqında:
Dünyada insanların ildən ilə sağlam və ekoloji təmiz qidalara tələbinin artması ölkəmizdə də bu trendi aktual etmişdir.
2014-cı ildə əsası qoyulmuş «Aqrowest DC» MMC şirkəti öz fəaliyyətində keyfiyyətli qida təminatını ön plana qoyaraq dünyanın bir çox ölkəsindən qida və qeyri-qida məhsulları idxal etməkdədir. Şirkət insanların həyatında həm də ölkə iqtisadiyyatında rol almağın məsuliyyətini dərk edərək fəaliyyət göstərməkdədir.
Öz inkişaf potensialına görə ölkənin qabaqcıl distribyutorları ilə rəqabət aparan «Aqrowest DC» MMC artıq qida sektorunda özünü qəbul etdirə bilmişdir.
Əlaqə vasitələri:
Mühasib
Ünvan: Bəşir Bünyadov 12
İş şərtləri:
- İş rejimi: 5 günlük iş qrafiki (09:00–18:00)
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Vəzifə öhdəlikləri:
- Kreditor borclarının uçotunun aparılması və gündəlik izlənməsi
- Tədarükçülərlə hesablaşmaların düzgün və vaxtında icrasının təmin edilməsi
- Kreditorlar üzrə xərclərin uçotu, təsnifatı və düzgün hesablanmasının təmin edilməsi
- Xərclərin müqavilə və sifarişlərə uyğunluğunun yoxlanılması
- Hesab-fakturaların və ödəniş sənədlərinin yoxlanılması və sistemə işlənməsi
- Kreditor qalıqlarının uyğunluq aktları ilə uzlaşdırılması
- Kreditorlar üzrə aylıq xərclər və borclarla bağlı hesabatların hazırlanması
- Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanmasında iştirak
- Mühasibatlıqla bağlı daxili prosedur və qaydalara riayət olunması
Tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya əlaqədar sahələr)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Mühasibatlıq proqramları və Excel üzrə yaxşı biliklər
- Dəqiqlik, analitik düşüncə, məsuliyyət və vaxtında icra bacarığı























