Liv Bona Dea Hospital
Şirkət haqqında:
Şirkət haqqında
Təsadüfi deyil ki, biz xəstəxanamızı “Bona Dea Beynəlxalq Hospital”ı adlandırmışıq. Roma mifologiyasında Bona Dea şəfa ilahəsidir. Onun məbəd bağçasında xəstələrə şəfalı bitkilərlə qulluq olunurdu. Sağlamlıq simvolu olan ilan da onun atributu idi.
Bona Dea Beynəlxalq Hospitalı Azərbaycanın hal-hazırkı paytaxtı olan Bakıda yerləşir. Bizim xəstəxananın gözəl binası şəhərin Nizami rayonundadır. O, şəhərin əsas avtomagistralı olan Heydər Əliyev prospektinə yaxındır, əlverişlilik bizim üstünlüklərimizdən biridir.
Bununla belə, xəstəxanamızın ən böyük üstünlüyü investorlarımızın Xəzər regionunda güclü, yepyeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxanamızın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə həyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyirik.
Bizim ən əsas hədəfimiz JCI (Beynəlxalq Birgə Komissiyası) akkreditasiyasını əldə etməkdir: bu, qlobal səhiyyə xidmətində qızıl standart hesab olunur. Biz, həqiqətən də, xəstəxanamızın qapılarını azərbaycanlıların, xarici vətəndaşların, diplomatların, tibbi turistlərin və dünya miqyasında bütün xəstələrin üzünə açaraq beynəlxalq xəstəxana olmaq niyyətindəyik.
Əlaqə vasitələri:
Fəhlə
Vəzifə öhdəlikləri:
- Xəstəxananın təsərrüfat işlərində iştirak etmək
- Yüklərin daşınması, yerləşdirilməsi və səliqəyə salınması
- Anbar və digər sahələrdə fiziki işlərin görülməsi
- Tibbi tullantıların təhlükəsizlik qaydalarına uyğun şəkildə toplanması, daşınması və təhvil verilməsi
- Tibbi tullantılarla işləyərkən xüsusi qoruyucu vasitələrdən istifadə etmək
- İş prosesində təhlükəsizlik və gigiyena normalarına riayət etmək
- Verilən gündəlik tapşırıqları vaxtında və düzgün icra etmək
Tələblər:
- Fiziki iş görmək imkanının olması
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq
- Tibbi tullantılarla işləmə qaydalarına ciddi riayət etmək
- Komanda ilə işləmə bacarığı
- Təcrübə arzuolunandır, lakin məcburi deyil
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi
- Növbəli iş qrafiki
- Qoruyucu geyim və avadanlıqlar şirkət tərəfindən təmin olunur
- Nahar şirkət tərəfindən verilir


















