Veysəloğlu-Rossmann

Şirkət haqqında:

“Veysəloğlu-Rossmann” ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir. “Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulub. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Markanın əsasında sağlamlıq və şəxsi qulluq məhsullarını birlikdə təklif edən pərakəndə satış konsepsiyası dayanır. Qlobal brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir.

“Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Brendin məhsulları yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir.

Əlaqə vasitələri:

Biznesə nəzarət üzrə Bölmə müdiri (Kommersiya analitiki)

Vəzifə öhdəlikləri:

  • Məhsullar üzrə satış qiymətlərinin və marja hesablamalarının hazırlanmasını və düzgünlüyünə nəzarəti təmin etmək;
  • Təchizatçılarla bağlanmış müqavilələr üzrə kommersiya şərtlərini maliyyə baxımından təhlil etmək və müqavilə reyestrini idarə etmək;
  • Təchizatçı bonusları (rebate), marketinq dəstəkləri və digər kommersiya gəlirlərinin hesablanmasını, izlənilməsini və uçotunun düzgün aparılmasını təmin etmək;
  • Trade spend, promo xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini təhlil edərək rəhbərliyə analitik hesabatlar təqdim etmək;
  • Məhsul, kateqoriya, mağaza və təchizatçı üzrə gəlirlilik (profitability) analizlərini hazırlamaq və nəticələr əsasında təkliflər vermək;
  • Satış, marja, bonus və digər kommersiya göstəriciləri üzrə dövri maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
  • Büdcə, proqnoz (forecast) və maliyyə modellərinin hazırlanmasında iştirak etmək;
  • Qiymət dəyişiklikləri, bonus razılaşmaları və kommersiya məlumatları üzrə daxili nəzarət mexanizmlərinin tətbiqini və icrasını təmin etmək;
  • Kommersiya göstəricilərini mütəmadi izləyərək riskləri müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq;
  • Satınalma, Maliyyə, Kateqoriya İdarəetməsi və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə çalışaraq analitik dəstək göstərmək;
  • Rəhbərlik tərəfindən verilən digər analitik və maliyyə nəzarəti ilə bağlı tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Namizədə tələblər: 

  • Ali təhsil – İqtisadi, Maliyyə və ya biznes istiqamətli;
  • Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi (Business Controlling, Commercial Finance, Maliyyə Analitikası və ya Kommersiya Analitikası sahəsində təcrübəyə üstünlük verilir);
  • Yaxşı səviyyədə MS Excel biliyi olmalı
  • Analitik düşüncə, Komandada işləmək bacarığı.
  • Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir.

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap