Zəyəm Texnologiyalar Parkı ASC
Şirkət haqqında:
Zəyəm Texnologiyalar Parkı ASC-nin əsası 1962-ci ildə qoyulmuş və "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialı kimi fəaliyyətə başlamışdır. Zəyəm Texnologiyalar Parkının inkişaf konsepsiyası milli sənayenin inkişafı, milli brendlərin yaradılması, regionlarda istehsalın təkmilləşdirilməsi, istehsalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşması eləcədə, ölkənin ixrac potensialının artırılması, yeni xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsi üzərindən qurulmuşdur. Zavod Metal konstruksiya sahəsində fəaliyyət göstərir. Bunun üçün müəssisə ən qabaqcıl istehsal texnologiya və avadanlıqları ilə təchiz edilmiş, peşəkar mütəxəssislər işə cəlb edilmişdir.Əlaqə vasitələri:
İnşaat mühəndisi
Vəzifə öhdəlikləri
• Eskiz və işçi layihəni oxuma bacarığı
• MS Office (Word, Excel),
• İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları
• Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
• Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
• Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
• Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb layihə rəhbərinə təqdim olunması;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
Əmək şəraiti
İş qrafiki:
6 günlük iş rejimi
09:00-17:00 iş saatları
şənbə günü iş günüdür.
istirahət bazar günüdür.
Namizədə tələblər
• Ali (bakalavr/magistr) təhsilli (İnşaat mühəndisi)
• Bu və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan dilində səlis danışmaq bacarığı;
• Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
• Autocad proqramını əla səviyyədə bilməli;
• Hesabat hazırlama və analiz etmə bacarığı;
• Yaxşı ünsiyyət, nəticəyönümlülük və komandada ilə işləmək bacarığı;
• Beton işlərindən anlayışlı olmalı;
• ERP proqramlarında işləmək bacarığı arzu olunandır;
• Əmək haqqı razılaşma yolu ilə;
• Əmək haqqı razılaşma yolu ilə;