Sharaf Media

Şirkət haqqında:
«Sharaf Media» reklam agentliyi 2012-ci ildən etibarən effektiv və nəticə yönümlü reklam layihələri həyata keçirir. Google reklam, YouTube reklam, SMM, Brendinq, TV və radioda reklam, sayt yaradılması və tanıtım.
Əlaqə vasitələri:
Account Manager
Agentliyimizə brendini öz brendi kimi sahiblənəcək “Account Manager” axtarırıq!
İş haqqında məlumat:
- İdarə etdiyi markaların nümayəndələri ilə kommunikasiyada olmaq;
- Müştəridən gələn brifləri komanda arasında bölüşdürmək və prosesə nəzarət etmək;
- Kreativ ideyaların hazırlanmasında dəstək olmaq;
- Öhdəliyində olan markaların inkişafı üçün təkliflər irəli sürmək;
- Sosial media platformalarındakı fəaliyyətləri izləmək və operativ şəkildə reaksiya vermək;
- Layihələr üçün təqdimatlar və aylıq hesabatlar hazırlamaq.
Namizədə dair tələblər:
- Reklam agentliyində minimum 2 il iş təcrübəsi;
- Yüksək ünsiyyət, özünü ifadə və təqdimat bacarığı;
- Problemlərə operativ və həll yönümlü yanaşma;
- Kreativ və analitik düşüncə.
İş rejimi və ünvan:
- B.e.-Cümə - 09:00-18:00
- İstirahət günləri: Şənbə-bazar, dövlət tərəfindən təyin edilmiş bütün rəsmi qeyri-iş günləri;
- Ünvan: Azure Business Center, 10-cu mərtəbə
Əmək haqqı: 1200-1500 AZN
CV-nizi "Account" başlığı ilə e-poçt ünvanına göndərə bilərsiniz.
P.S. Çalışdığınız markalara verdiyiniz töhfələri əks etdirən portfolionuzu göndərməyi unutmayın.