Azprotein Foods Group

Şirkət haqqında:
"AzProtein" Azərbaycanın milli markasıdır. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” ən inkişaf etmiş texnologiyaya sahib olan modern müəssisədə dana əti istehsalını davam etdirir.
6 aylıqlarında fermaya qəbul edilən buzovların sağlamlığına baytarlar nəzarət edir. Fermaya sağlam buzovlar qəbul olunur. Qulaqlarına taxılan xüsusi çiplərlə hər birinə kimlik nömrəsi verilir. Sonrakı günlərdə buzov haqqında bütün məlumatlar aid olduqları nömrə ilə sistemə daxil edilir. Bu yolla dana haqqında bütün məlumatlar rahat izlənilir.
Bu izləmə nəticəsində yaranan şəffaflıq “AzProtein” məhsullarına özəllik verir və istehlakçıları 100 faiz inandırır.
Fermaya 6 aylıq ikən gətirilən buzovlar kəsim yaşına qədər burada yetişdirilir. Bu müddət ərzində qidalanmaları və sağlamlıqlarına nəzarət 24 saat ərzində “AzProtein”in baytarları və keyfiyyət-zəmanət heyəti tərəfindən həyata keçirilir.
“AzProtein” fermasında yetişən danalar xəstəlikdən uzaq, təbii və dinc mühitdə böyüyürlər. “AzProtein” markalı ətlər - danalar 12 aylıq ikən kəsildiyi üçün daha yumşaq və ləzzətlidir. Həmçinin, sümüyə görə itkisi az olur.
Əlaqə vasitələri:
Satış məsləhətçisi
Namizədə Tələblər:
- Yaş həddi: 25 - 40 yaş
- Staj: 3 – 5 il (sahə üzrə təcrübə mütləqdir)
- İşində ciddi və məsuliyyətli olmalı
Vəzifə öhdəlikləri:
- Məhsulları təhkim olunmuş mağazalarda şirkətin merçendayzinq standartlarına uyğun rəflərdə yerləşdirilməsini təmin etmək;
- Təyin edilmiş rut üzrə mağazalarda satışı həyata keçirmək;
- Endirimdə olan və ya hədiyyəli məhsullar barədə müştəriləri məlumatlandırmaq, rəflərdə bu barədə etiketlənmələri həyata keçirmək;
- Ehtiyac olduqda Şirkət məhsullarının müxtəlif çəkilərdə mağazada paketlənməsini təmin etmək;
- Satış nöqtələrində şirkət məhsullarının satışının stimullaşdırılmasına dəstək olmaq.
İş şəraiti:
- Əmək haqqı: 600 - 800 manat (əlavə bonus)
- İş qrafiki: 6 günlük.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron poçt ünvanına göndərmələri xahiş olunur.