Avant Group MTK

Şirkət haqqında:
Əlaqə vasitələri:
Planlama üzrə kiçik mühəndisi
Vəzifə funksiyaları:
- Həyata keçirilən işlər ilə bağlı gündəlik və həftəlik hesabatların hazırlanmasında iştirak etmək;
- Planlama rəhbərinə layihədə icra olunan işlərlə bağlı məlumat vermək və bu məlumatların hesabatını hazırlamaq;
- İşçi qüvvəsinin sayını hesablamaq, təqdim olunan qrafikdə gecikmələrin səbəblərini müəyyənləşdirmək və gecikmələr barədə hesabat vermək;
- Subpodratçılar tərəfindən yerinə yetirilən işlərə dair qeydiyyatları aparmaq və onların işləri üzrə planlama qrafiki tərtib etmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlamaq;
- Təqdim olunan təchizat qrafikini izləmək, zərurət olduqda dəyişiklik etmək;
Vəzifəyə olan tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi, Tikinti İqtisadiyyatı və ya oxşar sahələr üzrə);
- Tikinti işləri üzrə ardıcıllığı bilməsi üstünlükdür;
- Microsoft Office proqramlarından (əsasən EXCEL və PowerPoint) istifadə bacarığı;
- AutoCAD proqramını bilməsi arzuolunandır;
- Planlama proqramlarından (Primavera və ya digər planlama proqramları) istifadə edə bilmək;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Komandada işləmə bacarığı;
İş Şəraiti:
- Sahə üzrə 6 günlük iş qrafiki/Ofis üzrə 5 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- İş şəraiti: Sahə üzrə/Ofis
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən;
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Planlama üzrə kiçik mühəndisi” yazaraq mail ünvanına göndərə bilərlər.