Qala Group

Şirkət haqqında:
Qala Group, yüksək ixtisaslı mütəxəssislər qrupu tərəfindən hazırlanmış memarlıq və inşaat həlləri təklif edən, müasir və yaradıcı bir şirkətdir. Komandamız 2010-cu ildən layihələr həyata keçirir və inşaat sahəsində innovativ, misilsiz və müasir layihələrlə seçilir. Bu müddət ərzində biz birinci dərəcəli peşəkarlar komandası yaratmışıq, geniş texniki baza ilə təmin olunmuşuq və böyük təcrübə toplamışıq. Bütün bunlar bizə ən mürəkkəb və qeyri-standart layihələri də uğurla həyata keçirməyə imkan verir.
Biz Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsrail və Gürcüstan kimi ölkələrdə kommersiya və yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi üzrə geniş xidmətlər şəbəkəsi yaratmışıq.
Peşəkar komandamız sayəsində, uzun illərə dayanan təcrübəmizə və bu sahə üzrə biliklərimizə əsaslanaraq interyer dizayn, landşaft dizayn, layihələndirmə, inşaat, infrastruktur işləri üzrə xidmətlər göstəririk.
Qala Group – memarlıq üslubu, praktikliyin bacarıqlı toxunuşu və trend meylləri ilə fərqlənir.
Əlaqə vasitələri:
Junior Memar
Əsas Tələblər:
- Memarlıq ixtisas üzrə ali təhsil (bakalavr və ya magistr).
- ArchiCad Autocad, və digər dizayn proqramlarında iş təcrübəsi.
- Layihə sənədlərinin hazırlanması və redaktəsi üzrə biliklər.
- Kreativ düşüncə və komanda ilə işləmək bacarığı.
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət, ingilis dili arzuolunandır.
Əmək Funksiyaları:
- Şöbə daxilində cari layihələrin sənədləşdirilməsinin tərtibi və saxlanılması.
- Layihələr üçün ilkin konseptlərin hazırlanmasında iştirak.
- Texniki planların və çertyojların tərtibi və onların müvafiq standartlara uyğunluğunu yoxlamaq.
- Layihə materiallarının hazırlanması və təqdimatların təşkil edilməsi.
- Üst rəhbərlikdən və baş memardan daxil olan tapşırıqları icra etmək.
Təklif Edilən Şərtlər:
- Stabil əmək haqqı;
- Rahat iş mühiti və peşəkar inkişaf imkanları;
- Tam iş günü, həftə içi 5 gün.
Müraciət etmək istəyənlərdən CV və portfoliolarını elektron poçt ünvanına göndərmələri xahiş olunur