Qala Group

Şirkət haqqında:
Qala Group, yüksək ixtisaslı mütəxəssislər qrupu tərəfindən hazırlanmış memarlıq və inşaat həlləri təklif edən, müasir və yaradıcı bir şirkətdir. Komandamız 2010-cu ildən layihələr həyata keçirir və inşaat sahəsində innovativ, misilsiz və müasir layihələrlə seçilir. Bu müddət ərzində biz birinci dərəcəli peşəkarlar komandası yaratmışıq, geniş texniki baza ilə təmin olunmuşuq və böyük təcrübə toplamışıq. Bütün bunlar bizə ən mürəkkəb və qeyri-standart layihələri də uğurla həyata keçirməyə imkan verir.
Biz Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsrail və Gürcüstan kimi ölkələrdə kommersiya və yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi üzrə geniş xidmətlər şəbəkəsi yaratmışıq.
Peşəkar komandamız sayəsində, uzun illərə dayanan təcrübəmizə və bu sahə üzrə biliklərimizə əsaslanaraq interyer dizayn, landşaft dizayn, layihələndirmə, inşaat, infrastruktur işləri üzrə xidmətlər göstəririk.
Qala Group – memarlıq üslubu, praktikliyin bacarıqlı toxunuşu və trend meylləri ilə fərqlənir.
Əlaqə vasitələri:
CRM Bitrix Operatoru
Şöbə: Satış Departamenti/ Back office
Əsas vəzifə öhdəlikləri:
- Satış proseslərinin təşkili və koordinasiyası;
- CRM sistemində müştəri məlumatlarının idarə olunması və yenilənməsi;
- Satış komandası ilə effektiv əməkdaşlıq və hesabatların hazırlanması;
- Satış şöbəsinin marketinq şöbəsi ilə koordinasiyası və qarşılıqlı fəaliyyətin təşkili;
- Rəhbərliyə satış fəaliyyəti ilə bağlı gündəlik və aylıq hesabatların təqdim edilməsi
Namizədə tələblər:
- Ali təhsil
- Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət (ingilis dili arzuolunandır);
- CRM sistemləri üzrə təcrübə (Bitrix24, Salesforce və ya digər);
- Yüksək ünsiyyətqurma, təşkilatçılıq və komandada işləmə bacarığı;
- Məsuliyyətli, detal yönümlü və nəticəyönümlü yanaşma.
İş şərtləri:
- İş qrafiki: Həftə içi 5 gün, 09:00-18:00;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Müraciət qaydası:
Namizədlərdən şəkilli CV-lərini “CRM Bitrix Operatoru” mövzusu ilə hr@qalagroup.az və ya orkhan.r@marinavillage.az ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahə ibəyə dəvət olunacaqlar.