Zeytun Pharmaceuticals

Şirkət haqqında:
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir....
Əlaqə vasitələri:
İadə üzrə mütəxəssis
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Tibbi preparatlar, həblər, məhlular, məlhəmlər və tibbi ləvazimatlar üzrə biliyi olanlara üstünlük veriləcək;
- 1C işləmə bacarığı;
- Yaş həddi: 25-35;
- Bəy namizədlərə üstünlük verilir.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi, 09.00-dan 18.00 kimi;
- İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 600-700 AZN
Maraqlanan şəxslər CV-ni Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilərlər.