Pizza Mizza

Şirkət haqqında:
"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. O zaman gələcəkdə direktor olacaq Elmar Həsənzadə yaşamaq üçün Almaniyaya köçür və orada aşpaz köməkçisi işləməyə başlayır. O, qısa müddətdə fərqli reseptlərə əsasən dadlı pizzaların hazırlanmasını öyrənir və eyni zamanda bir neçə növ xəmir xörəklərinin, salatların, isti və soyuq qəlyanaltıların, ət yeməklərinin hazırlanmasını mənimsəyərək "La Roma" restoranının baş aşpazı vəzifəsinə keçir. Bir il ərzində orada çalışır və oranı satın alır. Uzun müddət orada qazandığı təcrübəyə əsaslanaraq və oradan ilham alaraq Pizza Mizza restoranlar şəbəkəsi açmaq və Azərbaycanda bunu davam etmək qərarına gəlir. "La Roma" ilə "Pizza Mizza"-nın konsepti və təqdim olunan yeməkləri tam şəkildə eynidir. Sadəcə yerli brend yaratmaq üçün bizim seçimimiz məhz "Pizza Mizza" adı olmuşdur.
"Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır.
İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur. Həmin şöbə Yasamal rayonunun ən qaynar nöqtəsində, daha dəqiq desək, Statistika Komitəsinin yaxınlığında yerləşir. İkinci filial isə 21 sentyabr 2015-ci il tarixində Nərimanov rayonu, Heydər Əliyev mərkəzinin yaxınlığında istifadəyə verilmişdir. 27 aprel 2016-cı ildə 3-cü filial Sahil filialı açılmışdır. Lakin onun yerləşmə lokasiyası uğurlu olmadığından filialın fəaliyyəti şirkət tərəfindən dayandırılmışdır. 14 dekabr 2016-cı ildə isə "Pizza Mizza"-nın daha bir filialı Həzi Aslanov metro stansiyasının yaxınlığında fəaliyyətə başlamışdır.
2018-ci ildə şirkətin rebrendinq olunması və bütün konseptin dəyişilməsi qərarı verildi. 2019-cu ilin noyabr ayında Elmlər Akademiyası metro stansiyasının yaxınlığında "Pizza Mizza"-nın yeni filialının tam yeni formatda açılışı baş tutdu.
10 oktyabr 2020-ci ildən "Pizza Mizza"-nın daha bir filialı Zabrat 1 qəsəbəsi (Rahat Market-in daxilində) fəaliyyət göstərməyə başlamışdır.
24 noyabr və 3 dekabr 2021-ci ildən "Pizza Mizza"-nın filialı "Zefir Mall"-da və Murtuza Muxtarov 190 (Kaspian Plazanın yaxınlığında) ünvanlarında fəaliyyət göstərməyə başlamışdır.
Əlaqə vasitələri:
Resepşn
Tələblər:
- Tam orta təhsil (Ali təhsil arzuolunandı)
- Müvafiq sahədə minimum 1 il təcrübə
- Dil bilikləri: Azərbaycan və Rus dili arzuolunandır
- Yaş 20-35
- Detallara diqqətli
- Ofis proqramlarının biliyi
- Komandada işləmək bacarığı
- Stresə davamlı, gülərüz, punktual, məsuliyyətli
Vəzifələr:
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların, məktubların, sorğuların və s. Sənədlərin tərtib edilməsim və müvafiq ünvanlara göndərilməsi.
- Daxil olan zənglər, sənədlər və digər məlumatlar barədə rəhbərliyin məlumatlandırılması.
- Gələn qonaqların qarşılanması və onları qəbul edəcək şəxsləri bu barədə məlumatlandırmaq.
- Qonaqların müvafiq işçi heyətinin oturduğu yer və ya iclas otaqlarına ötürülməsi.
- Tələb olunduğu halda, sənədlərin surətlərinin çıxarılması. kimi işlərdə işlərini həyata keçirmək.
- Finger qeydiyyat (barmaq izi), barmaq izi işləmədikdə işçinin kartla təmin olunması.
- Həftəlik iclas blanklarının dəyişdirilməsi.
İş şəraiti
- İş qrafiki: I-V günlər, tam iş vaxtı.
- Əmək haqqı: 500 azn
- Nahar: Şirkət tərəfindən aylıq ödənilir.
- Ünvan: Bakı şəhəri, Babək Plaza.
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Resepşn” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.