NBA Technologies International LLC

Şirkət haqqında:
NBA Technologies International MMC şirkəti, POS terminal istehsalı üzrə lider olan «Verifone» (ABŞ) şirkətinin həmçinin ATM cihazlarının istehsal edən «NCR» (ABŞ) şirkətinin rəsmi distirbyutorudur, MDB ölkələri ərazisində 2006-cı ildən uğurlu satış və yeni texnologiyaların tətbiqində böyük təcrübəyə malikdir.
NCR Korporasiyası (NYSE: NCR) maliyyə əməliyyatları üçün texnoloji həllər sahəsində qlobal liderdir. NCR həlləri həyatı daha rahat edir. Proqram təminatı, avadanlıq və xidmət portfelinin köməyi ilə NCR müxtəlif sahələrdə - pərakəndə satış, maliyyə, səyahət, qonaqpərvərlik, telekommunikasiya və texnologiya və kiçik müəssisələr üzrə 485 milyondan çox əməliyyat təmin edir. NCR həlləri, gündəlik əməliyyatlar həyata keçirməklə həyatınızı asanlaşdırır.180 ölkədə fəaliət göstərən NCR şirkətinin baş ofisi Duluth, Georgia ştatında yerləşir. Şirkətdə 29 mindən çox insan çalışır. NCR, NCR Corporation'ın Amerika Birləşmiş Ştatları və digər ölkələrdəki ticarət markasıdır.
Əlaqə vasitələri:
ATM avadanlığı üzrə kiçik mütəxəssis
Namizədə dair tələblər:
- Təhsil: Ali və ya Orta ixtisas;
- Elektrik işlərindən nəzəri anlayışın olması;
- Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri (Windows 7/10, Kompüterlər və onun komponentləri haqqında biliklər, Proqramların quraşdırılması, Əsas registr. Acronis 2019-2021 , Ghost32 , XFS - NDC)
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis, Rus və Türk dili;
- Komandada işləmək, problem həll etmə, öyrənmə bacarıqları;
- Şəxsi avtomobil və sürücülük vəsiqəsi olması mütləqdir;
- Regionlara ezamiyyətlərə getmək imkanı olmalıdır.
Vəzifə öhdəlikləri:
- ATM avadanlığına proqram təminatının quraşdırılması;
- ATM avadanlığına fayl sisteminə dəyişikliklərin edilməsi, əsas reyestrinin qurulması;
- ATM avadanlığının və digər özünəxidmət cihazlarının komponentlərinin yığılması, sökülməsi və təmiri;
- Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
- İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza
- Əmək haqqı: əmək haqqı + yanacaq xərci (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- Əlavə məlumat: Proqram təminatı, avadanlıqların təmiri barədə məlumatlar və s. namizədə öyrədiləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “ATM üzrə kiçik mütəxəssis" adını qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.