Efendiler Group

Şirkət haqqında:
Efendiler Group 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil, tikinti və restoran sahələrində çalışan tanınmış şirkətlər daxildir. Avtomobil sahəsində qrup Porsche, Audi, Geely və Chery kimi avtoistehsalçıların distribütor şirkətləri və Euro Style texniki servis mərkəzi, tikinti sektorunda Bakıxanov Rezidens Komplekslər Qrupu, restoran sektorunda isə Cafe Cayenne ilə təmsil olunub.
Əlaqə vasitələri:
Avtomobil Servis Rəhbəri
Vəzifə öhdəlikləri:
- Servis mərkəzinin gündəlik işinin planlanması və tənzimlənməsi;
- Servis mərkəzinə daxil olan müştərilərin qarşılanması və avtomobildə təmir işinin təşkil olunması;
- Avtomobillərə texniki baxış, diaqnostika və təmir işlərinin düzgün icrasına nəzarət;
- Müştəri razılığını artırmaq üçün xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmək;
- Texniki heyətin iş bölgüsünü müəyyənləşdirmək və nəzarət etmək;
- İşlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
- Müştərilərdən daxil olan şikayət və təkliflərin vaxtında cavablandırılmasını təmin etmək;
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İşlərin uçotu, ehtiyat hissələrinin idarə olunması və servis proqramlarının istifadəsi;
- Avtomobil istehsalçıları (zavodlar), rəsmi distribyutorlar və təchizatçılarla mütəmadi yazışma və operativ əlaqə qurmaq;
- Zavodlara zəmanət, texniki dəstək və servis kampaniyaları ilə bağlı müraciətlərin hazırlanması və izlənilməsi;
- Servis işləri üçün tələb olunan ehtiyat hissələrin vaxtında sifariş edilməsini təmin etmək;
- Anbarla birgə çalışaraq stokun idarə olunması, kritik ehtiyatların nəzarətdə saxlanılması;
- Təchizatçılarla qiymət, keyfiyyət və çatdırılma müddətlərinə dair danışıqların aparılması;
- Texniki sənədlərin və normativlərin tələblərinə uyğunluğun təmin olunması;
- Servis mərkəzi daxilində nizam-intizam qaydalarına və korporativ üsluba riayət olunmasına nəzarət etmək
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi olan bəylər;
- Müasir avtomobillərin quruluşu və servis texnologiyalarını bilməli;
- Diaqnostika avadanlıqları və servis proqramları (1C və s.) ilə işləmə bacarığı;
- Servis işlərinin planlaşdırılması, ehtiyat hissələrin dövriyyəsi və təchizat zəncirinin təşkili üzrə biliklər.
- Azərbaycan dili – əla səviyyədə, Rus və İngilis dilləri – yaxşı səviyyədə;
- MS Office proqramları (Excel, Word, Outlook və s.);
- Məsuliyyətli, liderlik və komanda idarəetmə bacarığı;
- Analitik düşünmə və problemləri operativ həll etmə qabiliyyəti;
- Müştəriyönümlü yanaşma və peşəkar ünsiyyət bacarığı;
İş şərtləri:
- Həftədə 6 iş günü
- İş yeri: Babək pr.35
- Əmək haqqı: net 2500-3000 azn
- Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Avtomobil Servis Rəhbəri” yazaraq göndərmələri xahiş olunur.