Puva Construction

Şirkət haqqında:
“Puva” Construction qabaqcıl tikinti istehsal texnologiyaları, keyfiyyətli materiallar və yüksək ixtisaslı işçi qüvvəsindən istifadə etməklə layihə tətbiqlərinizdə sizə xidmət göstərməkdən məmnundur. Uğurlarımızın sirri budur; mütəxəssis komanda, ən son texnologiya və keyfiyyətli xidmət. “Puva” İnşaat işlərində texnologiyanı ön planda tutaraq xidmət göstərir. Bu səbəbdən işimiz ciddi şəkildə keyfiyyət yönümlüdür. Şirkət olaraq bizim çox böyük komandamız və avadanlıqlarımız var, ona görə də eyni anda birdən çox tikinti sahəsində xidmət göstərə bilərik.
Əlaqə vasitələri:
Mexanik mühəndisi
Vəzifə öhdəlikləri:
- Tikinti və quraşdırma layihələrində istifadə olunan mexaniki avadanlıqların (generator, nasos, kompressor, qaynaq aparatları və s.) texniki baxışını və sazlanmasını həyata keçirmək;
- Quraşdırma proseslərində iştirak edən texniki mexanizmlərin və alətlərin düzgün və təhlükəsiz işləməsinə nəzarət etmək;
- Avadanlıqların nasazlığını diaqnoz etmək, təmir və ya ehtiyat hissələrinin dəyişdirilməsini təmin etmək;
- Tikinti sahəsində gündəlik texniki baxışları aparmaq və nasazlıqlar barədə vaxtında məlumat vermək;
- Quraşdırılmış sistemlərin ilkin sınaqlarında iştirak etmək və texniki uyğunluqları yoxlamaq;
- Tender layihələrinə əsasən təqdim olunan texniki şərtlərə uyğun olaraq mexaniki həllərin verilməsi və tətbiqi;
- Texniki sənədlərin (texniki baxış formaları, təmir jurnalları, aktlar və s.) düzgün və dəqiq aparılması;
- Əmək təhlükəsizliyi və texniki normalara tam uyğunluqla işlərin icrasını təmin etmək;
- Sahə mühəndisləri və digər texniki heyətlə əməkdaşlıq edərək mexaniki işlərin koordinasiyasını təmin etmək.
Namizəddən tələblər:
- Mexanika və ya müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (xüsusilə su, neft və qaz layihələrində üstünlükdür)
- Texniki çertyoj və sxemlərlə işləmə bacarığı
- Avadanlıqların iş prinsipi və texniki göstəriciləri haqqında bilik
- AutoCAD, SolidWorks MS office və digər layihələndirmə proqramlarında işləmə bacarığı
- Nasazlıqların diaqnostikası və aradan qaldırılması üzrə təcrübə
- SNİP, GOST və digər beynəlxalq standartlara uyğun texniki normativ sənədlərlə işləmə bacarığı
- Komandada işləmə, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti
İş şəraiti:
- İş yeri: Bakı şəh., Nərimanov ray., Məsud Əlizadə 138.
- İş qrafiki: I -V günlər
- İş saatı: 09:00-dan 18:00-a
- Koorporativ nömrə ilə təmin olunur.
Əmək haqqı: Namizədin təcrübəsindəm asılı olaraq.
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Mexanik mühəndisi” adını qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-ni göndərməkləri xahiş olunur.