AGRO - WEST DC LLC

Şirkət haqqında:
Dünyada insanların ildən ilə sağlam və ekoloji təmiz qidalara tələbinin artması ölkəmizdə də bu trendi aktual etmişdir.
2014-cı ildə əsası qoyulmuş «Aqrowest DC» MMC şirkəti öz fəaliyyətində keyfiyyətli qida təminatını ön plana qoyaraq dünyanın bir çox ölkəsindən qida və qeyri-qida məhsulları idxal etməkdədir. Şirkət insanların həyatında həm də ölkə iqtisadiyyatında rol almağın məsuliyyətini dərk edərək fəaliyyət göstərməkdədir.
Öz inkişaf potensialına görə ölkənin qabaqcıl distribyutorları ilə rəqabət aparan «Aqrowest DC» MMC artıq qida sektorunda özünü qəbul etdirə bilmişdir.
Əlaqə vasitələri:
Maliyyə nəzarət mütəxəssisi
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli);
- Maliyyə sahəsində ən azı 3 illik iş təcrübəsi;
- Əlavə nəaliyyətlər (ACCA və ya CIMA ) üstünlükdür;
- Azərbaycan dili səlis, ingilis və rus dili arzuolunandır;
- MS Office (Excel-Əla səviyyə), 1C sistemi üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Günlük və aylıq satış datalarının təhlili və satış hesabatlarının hazırlanması;
- Maliyyə hesabatlarının haırlanması, analizi və maliyyə əmsallarının hesablanması;
- Büdcə hesabatlarının hazırlanması və digər şöbələrlə koordinasiya edilməsi;
- Büdcə və faktiki xərclərin analizi və fərq hesabatlarının hazırlanması;
- Debitor və kreditor borcların təhlili və hesabatların hazırlanması;
- Maliyyə resurslarından qənaətli istifadə olunmasına nəzarət edilməsi;
- Şöbəyə gələn tələblər əsasında müxtəlif layihələrin işlənib hazırlanması;
- İş əsnasında yarana biləcək rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş Şəraiti:
- İş qrafiki: 5 gün
- İş Saatı: 09:00-18:00
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
- Əmək Haqqı: 2000 AZN
- İş yeri:Bakıxanov qəs.Bəşir Bünyadov küç.
Maraqlanan namizədlər öz CV formalarını mövzu hissəsinə “ Maliyyə nəzarət mütəxəssisi ” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərmələri xahiş olunur.