İnsan Resursları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, personal əməliyyatlarına dair bütün sənədləşmə proseslərinin Əmək qanunvericiliyinə uyğun olaraq ƏMAS və daxili sistemdə icra olunması;
- Məlumat bazasının düzgün və vaxtında yenilənməsi ,uçotunun aparılması;
- İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verilməsi;
- İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
- İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
Vəzifəyə olan tələblər:
- Hüquq, İqtisadiyyat, İnsan resursları sahələrində ali təhsil;
- Kadr işinin təşkili üzrə 2-4 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək səviyyədə biliklər;
Vəzifə haqqında məlumat:
- İş günləri: 1-5 günlər
- Əmək haqqı: razılaşma yolu ilə.
Maraqlanan və uyğun namizədlərin CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Tel: (+994)12 310-39-22/ +994 50 809 82 12