Veysəloğlu Şirkətlər Qrupu

Şirkət haqqında:

Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın qeyri-neft sektorunun ən iri işəgötürənlərindən biridir. İllərdir ki, ölkə iqtisadiyyatına dəyər qatan Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Əsas missiyası cəmiyyəti təmiz, sağlam və keyfiyyətli, eyni zamanda münasib qiymətə gündəlik istehlak malları ilə təmin etməkdir. Şirkətlər Qrupu üzrə illik yeni iş yerlərinin sayı 2000-dən artıqdır.

Veysəloğlu Şirkətlər Qrupunun sahib olduğu resurslardan ən qiymətli olanı peşəkar və işinə bağlı insan resurslarıdır. Öz rəqabət üstünlüyünü əməkdaşlarının peşəkarlığında, inkişafa və innovasiyalara açıq şirkət mədəniyyətində görür. Bu baxımdan hər bir vəzifəyə kadr seçimi, vəzifədə yüksəliş, Qrup şirkətləri arası transferlər ciddi prosedurlarla tənzimlənir. Fərdi və işgüzar keyfiyyətlərinə güvənən, bilik və təcrübəsini real biznes mühitində və rəqabət atmosferində artırmaq istəyən, dəyər yaratmağı özünə hədəf qoyan hər kəs Veysəloğlu Şirkətlər Qrupunda karyera qura bilər.

Peşəkar inkişafa dəstək, təlim və sertifikasiya dəstəyi, əməkdaşlarının övladlarına təhsil təqaüdü, tibbi sığorta və tibbi dəstək, elastik iş rejimi, nahar və nəqliyyat (servis) təminatı, korporativ güzəştlər Şirkətlər Qrupunun imtiyazları, yüksək komanda ruhu, öyrənməyə və öyrətməyə əlverişli mühit, beynəlxalq təcrübəyə malik peşəkarlarla çalışma imkanı, karyera yüksəlişi, şirkətlərarası transfer imkanı, iş və həyat balansı, distant işləmə imkanı, rəqabətli əməkhaqqı isə əsas üstünlükləri sırasındadır.

1994-cü ildə yaradılmış Veysəloğlu Şirkətlər Qrupuna "Veysəloğlu" MMC, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “AVT LOGİSTİKA” MMC, “V-Trade” şirkəti, “VG” şirkəti, “Vesta-Horeca” şirkəti, “Xonça” Fabriki daxildir. “Entree Azərbaycan” MMC və “Sirab” mineral sular zavodu isə həmtəsisçisi olduğu şirkətlərdir.

Əlaqə vasitələri:

Təchizat üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək və onun düzgün çalışmasına nəzarət etmək.
  • Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırmalar aparmaq.
  • Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlər keçirmək.
  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
  • Vəzifə funksiyalarının icrası və rəhbərinin göstərişlərinin həlli zamanı Cəmiyyətin müvafiq struktur bölmələrinin çalışanları ilə əməkdaşlıq etmək.

Tələblər:

  • Ali təhsil;
  • Təchizat və ya tender sahəsində minimum 3 il təcrübə.
  • İngilis dili yüksək.

İş şərtləri:

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Nahar: Təmin edilir
  • Rəqabətli əmək haqqı və mükafat sistemi.
  • Peşəkar inkişaf imkanları və təlim proqramları.
  • Müasir iş mühiti və layihələrdə iştirak.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” yazmaqla, öz CV-lərini career@veyseloglu.az və job.veyseloglu.az ünvanına göndərə bilərlər.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap