ASADZADE SANAN MMC

Şirkət haqqında:
Bizimlə avtomobil almaq, sadə və rahatdır!
Biz, “ASADZADE SANAN” MMC, 2015-ci ildən etibarən xarici ölkələrdən (ÇİN,AMERİKA,KOREYA, ALMANİYA) yeni və ikinci əl avtomobillərin idxalı və satışını həyata keçirən lider şirkətik. Bizim məqsədimiz, Azərbaycanda avtomobil sektorunda qiymətləri tənzimləyərək müştərilər üçün alış dəyərini daha əlçatan etməkdir . Bununla yanaşı dövrün tələblərinə uyğun olaraq avtomobilləri sərfəli qiymət və şərtlərlə idxalını həyata keçirmək. İdxaldan sonra isə müştərinin istifadəsində olduğu dövrdədə avtomobilə xüsusi texniki diqqət və qayğı göstərməkdir . İdxal olunan bütün avtomobillərin məlumatları öncədən dəqiqliklə müştərilərə bildirilir və yeni vəziyyətdə idxal olunan bütün avtomobillərə 50.000 km rəsmi servis qarantiyası verilməkdədir “ASADZADE SANAN” MMC müştəri məmnuniyyətininin və daim aşağı qiymət prinsiplərinin üzərində qurularaq bu yolu prioritet hesab edir və hər bir müştəriyə fərdi yanaşma ilə xidmət edərək bütün prosesdə onlara yaxından dəstək olur. Bizim peşəkar heyətimiz avtomobil idxalını ən yüksək səviyyədə həyata keçirmək üçün bu sahədə artıq 5ildən çox təcrübəyə sahibdir . və bütün kollektiv sizə dəstək olmaq üçündür. Dünyanın bütün brendlərinə məxsus olan geniş çeşidli avtomobil seçimi, sizə müvafiq maliyyə planlaması yerli bazardan qat-qat aşağı qiymətə və istənilən və sığorta xidmətləri ilə dəstəklənir. “ASADZADE SANAN” MMC ! Ən etibarlı tərəfdaşınız
VİZYON
“ASADZADE SANAN” MMC-nin vizyonu, müştərilərimiz üçün bütün avtomobil qiymətlərini əlçatan edərək onları yeni avtomobillərlə təmin etmək və bunu ən etibarlı formada ən qısa zamanda edərək avtomobil idxalı və satışında sektorda lider olmaqdır. Bizim məqsədimiz müştəri məmnuniyyətini . müştərinin inam- etibarını qoruyaraq sifariş əsasında və yerli bazarda etdiyimiz bütün satışlarımızla ölkəmizin avtomobil sektorunda inkişafa doğru əsaslı dəyişikliklər etməkdir.
MİSSİYA
Müxtəlif avtomobil marka və modelləri ilə müştərilərimizin avtomobil ehtiyaclarını tam olaraq qarşılamaq , sərfəli alış qiyməti. Qısa zamanda çatdırılma xidməti və yüksək əminliklə əldə olunan avtomobillərin səmərəliliyini müştərilərə təmin edərək, məmnuniyyəti maksimum dərəcədə artırmaqdır. Biz, peşəkar xidmətimizlə müştərilərimizin avtomobil alqı-satqısı prosesini sadə və rahat etmək üçün çalışırıq.
Əlaqə vasitələri:
Maliyyə üzrə Mütəxəssis
Fəaliyyət sahəsi: Avtomobil idxalı (Çin və digər ölkələrdən)
İş mühiti: Ofis daxilində
iş qrafiki - 6 günlük iş qrafiki ilə
Əsas vəzifələr:
- Maliyyə hesabatlarının hazırlanması və təhlili (yerli və beynəlxalq standartlara uyğun)
- Büdcələmə, maliyyə planlaması və nəzarət proseslərinin aparılması
- Şirkətə aid xarici ticarət əməliyyatlarının maliyyə analizinin aparılması
- İdxal olunan avtomobillərlə bağlı dövlət vergi və rüsumların hesablanması
- Xərclərin optimallaşdırılması üçün strateji maliyyə təklifləri təqdim etmək
- Şirkət rəhbərliyinə maliyyə göstəriciləri ilə bağlı mütəmadi hesabatların təqdim olunması
- Bank və xarici tərəfdaşlarla maliyyə əməliyyatlarının idarə edilməsi
Namizəd üçün tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil
- Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi (beynəlxalq ticarət və idxal-ixrac əməliyyatlarında təcrübə üstünlükdür)
- ACCA, CPA və ya digər beynəlxalq maliyyə sertifikatları arzuolunandır
- IFRS və yerli maliyyə qanunvericiliyi üzrə biliklər
- Azərbaycan və İngilis dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı
- Analitik düşüncə və detallara diqqət
- MS Excel və digər maliyyə proqramlarında yüksək bacarıq
Təklif etdiklərimiz:
- Rəqabətli əmək haqqı və mükafatlandırma sistemi
- Beynəlxalq ticarət mühitində təcrübə qazanmaq imkanı
- Karyera inkişafı üçün təlim və inkişaf imkanları
- Ofis daxilində iş mühiti
- Əmək Məcəlləsinə uyğun sənədləşmə və sosial təminatlar
Müraciət qaydası:
- CV və motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Maliyyə üzrə Mütəxəssis” qeyd edin.
- Müraciət edən namizədlər yalnız ilkin tələblərə cavab verdikdə müsahibəyə dəvət olunacaq.