Ram Holding

Şirkət haqqında:
RAM Holdinq QSC-yə aid şirkətlərin fəaliyyəti 2005-ci ildən başlayır. Holdinqə aid 10-da artıq şirkət Azərbaycan Respublikası ərazisində və respublikanın hüdudlarından kənarda fəaliyyət göstərməklə 6 fərqli sektoru əhatə edir. Holdinq Azərbaycanda inşaat sektorundan kənd təsərrüfatı sektoruna, maliyyə sektorundan səhiyyə sahəsinə, nəqliyyatdan pərakəndəçiliyə qədər müxtəlif sahələri əhatə edən və öz ənənələri, dəyərləri, xidməti və keyfiyyəti ilə istər şirkətlər, istərsə də fərdi sahibkarların etibarını qazanmış bir şirkətlər ailəsidir. Qürurla deyə bilərik ki, bu ailəyə daxil olan bir neçə şirkət fəaliyyət göstərdiyi sektorda lider şirkətlərdəndir və onların hər biri öz bazarlarının inkişafında mühüm rollardan birini oynayır. Şirkətlərimizin əldə etdikləri uğurlar holdinqin bütün potensialının vahid və səmərəli inkişaf strategiyası ətrafında birləşərək, məqsədyönlü və planlı fəaliyyətin, texnologiyaların son nailiyyətlərinin doğru tətbiqinin, eləcə də effektiv idarəetmə sisteminin nəticəsidir. RAM Holding etibarlı tərəfdaşdır.
Əlaqə vasitələri:
1C Əməliyyatları üzrə Assistent
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- 1C proqramında işləmək bacarığı;
- Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
- Gələn və çıxan ehtiyat hissələrinin düzgün qeydiyyatının aparılması;
- Anbarda olan hissələrin stok səviyyəsinin izlənməsi və yenilənməsi;
- Texniki xidmət və təmir şöbələrindən gələn sifarişlərin qəbul edilməsi və emalı;
- Təsdiqlənmiş sifarişlərə əsasən ehtiyat hissələrinin vaxtında təhvili;
- Ehtiyat hissələrinin kodlaşdırılması, düzgün adlandırılması və sistemə daxil edilməsi;
- Elektron inventar sistemində məlumatların yenilənməsi və düzgünlüyünə nəzarət;
- Təmir aktlarının 1 C proqrama daxil edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 554-637 AZN;
- İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30);
- Nahar təmin edilir;
- Ünvan: Səbail ray, Lökbatan Dairesi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “1C Əməliyyatları üzrə Assistent” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.