Azprotein Foods Group

Şirkət haqqında:
"AzProtein" Azərbaycanın milli markasıdır. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” ən inkişaf etmiş texnologiyaya sahib olan modern müəssisədə dana əti istehsalını davam etdirir.
6 aylıqlarında fermaya qəbul edilən buzovların sağlamlığına baytarlar nəzarət edir. Fermaya sağlam buzovlar qəbul olunur. Qulaqlarına taxılan xüsusi çiplərlə hər birinə kimlik nömrəsi verilir. Sonrakı günlərdə buzov haqqında bütün məlumatlar aid olduqları nömrə ilə sistemə daxil edilir. Bu yolla dana haqqında bütün məlumatlar rahat izlənilir.
Bu izləmə nəticəsində yaranan şəffaflıq “AzProtein” məhsullarına özəllik verir və istehlakçıları 100 faiz inandırır.
Fermaya 6 aylıq ikən gətirilən buzovlar kəsim yaşına qədər burada yetişdirilir. Bu müddət ərzində qidalanmaları və sağlamlıqlarına nəzarət 24 saat ərzində “AzProtein”in baytarları və keyfiyyət-zəmanət heyəti tərəfindən həyata keçirilir.
“AzProtein” fermasında yetişən danalar xəstəlikdən uzaq, təbii və dinc mühitdə böyüyürlər. “AzProtein” markalı ətlər - danalar 12 aylıq ikən kəsildiyi üçün daha yumşaq və ləzzətlidir. Həmçinin, sümüyə görə itkisi az olur.
Əlaqə vasitələri:
Logistika meneceri
Namizədə Tələblər:
- Müfaviq sahə üzrə ali və ya orta ixtisas təhsili
- Yaş həddi: 30 - 45 yaş
- Staj: 3 – 5 il müfaviq sahə üzrə
- Microsoft Office proqramlarını (Word, Excel, Outlook) orta səviyyədə bilmək
- Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməli
- Avtonəqliyyat vasitələrinin texniki istismar qaydalarını bilməli
- Yol hərəkəti qaydalarını bilməli
- Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
Qarajla bağlı öhdəliklər:
- Qarajın gündəlik işinin planlaşdırılması, verilən işlərin təşkili və koordinasiyası
- Sürücülərin nəqliyyat vasitələrinə lazımi texniki xidmət göstərilməsinə və təmir işlərinin düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət
- İşçilərin nizam-intizam qaydalarına riayət edilməsinə nəzarətin təşkil edilməsi
- Kadr, maliyyə və digər qısamüddətli və uzumüddətli tələblərin müəyyən edilməsi və zəruri ehtiyat hissələrinin, materialların və avadanlıqların mövcud olmasını və ya qısa müddətdə əldə edilməsini təmin edilməsi
- Nəqliyyat vasitələrin, onların elektron və mexaniki komponentlərinin təmirinə və saxlanmasına, həmçinin kilometrajlara nəzarət
- Nəqliyyat vasitələrində soyuducu sistemlərin, o cümlədən GPRS sisteminin işlək olub-olmamasına nəzarət
- Qarajdakı fəaliyyətin yoxlanması, tamamlanan işlərin müvafiq təhlükəsizlik qaydalarına uyğunluğuna, həmçinin yaranmış nasazlıqların və mövcud olan qüsurların aradan qaldırılmasına nəzarət
- Təmir və xidmət işlərinin qeydlərinin aparılması, təkrarlanan və ya mövcud olan nasazlıqların aşkar etmək üçün hesabatların hazırlanması
- Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi
- Baş vermiş yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulmasının səbəblərinin araşdırılması və təhlil edilməsi
- Davamlı fəaliyyətin təmin edilməsi üçün vacib olan ehtiyat hissələr, material və digər lazım olan təchizat vəsaitləri üçün müvafiq planın hazırlanması və həmçinin benzinlərin istifadə edilməsinə və müvafiq xərc planı və hesabatının qurulmasını həyata keçirmək
- Müvafiq sənədlərin, hesabatların tərtibi və Rəhbərliyə təqdim edilməsi.
Logistika ilə bağlı öhdəliklər:
- Nəqliyyat və logistika ilə bağlı uçotun aparılmasını və hesabatların hazırlanmasını təşkil etməli
- Sifarişlərin düzgün yüklənməsinə və çatdırılmasına nəzarət etməli
- Sürücülərin xüsusi qrafiklərinin hazırlanmasını təmin etməli
- Logistik proseslərin optimallaşdırılmasına yönəlmiş təklifləri irəli sürməli
- Nəqliyyat vasitələrinin idarə edilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılmasını təşkil etməli
- Yeni nəqliyyat vasitələrinin Yol Polisi İdarəsində qeydiyyata salınması və sürücülərə təhvil verilmə prossesini təşkil etməli
- Yeni nəqliyyat vasitələrinin lazımi sığorta növləri ilə təmin edilməsini təşkil etməli
- Şirkətin nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və lazım olduqda təmirini təşkil etməli
- Şirkətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət etməli
- Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərinin daxili satınalma qaydalarına əsasən icra olunmasını təşkil etməlidir.
İş şəraiti
- Əmək haqqı: 1500 manat
- İş qrafiki: 6 günlük.
- Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.