Business Insight International Research Group

Şirkət haqqında:
Business Insight International Research GROUP (Bundan sonra Business Insight) Azərbaycanda “PROCON GFK” adı altında xarici sərmayəli şirkət kimi 1998-ci ildə təsis edilmişdir. Business Insight daxili struktur dəyişikliklərinə gedərək 2004-cü il may ayından etibarən Azərbaycanda yerli özəl şirkət olaraq fəaliyyətinə davam etməkdədir.
Business Insight 1998-ci ildə fəaliyyətə başladığı dövrdən etibarən yerli və xarici şirkətləri, təşkilatları marketinq, sosial araşdırmalar və promo kampaniyalar sahəsində yüksək keyfiyyətli xidmətlərlə təmin etməkdədir.
Business Insight şirkətinin 1998-ci ildən etibarən müxtəlif sahələrdə fəaliyyət göstərməklə əldə etdiyi geniş biliklər və nou-xau, peşəkar heyət və müasir avadanlıqlar ona öz rəqibləri arasında fərqlənməyə imkan verir.
Hər bir layihənin həyata keçirilməsində Business Insight üçün keyfiyyət ən önəmli amildir. Business Insight bütün marketinq, sosial araşdırma layihələrini və promo kampaniyaları ICC/ESOMAR-ın Marketinq və Sosial Araşdırma Təcrübəsi üzrə Məcəlləsində öz əksini tapan ən yüksək peşəkar və etik standartlara və ISO 20252 beynəlxalq standartının tələblərinə müvafiq olaraq həyata keçirir
Əlaqə vasitələri:
Operator (Müştəri Loyallığı Departamentinin Çağrı Mərkəzinə)
Tələblər:
- Xanım namizədlərə üstünlük veriləcəkdir
- Humanitar sahədə ali təhsil;
- Operator vəzifəsində minimum 1 il iş təcrübəsinin olması;
- İstifadəçi səviyyəsində Microsoft Office bilikləri;
- İsitfadəçi səviyyəsində kompüter bilikləri;
- Yüksək səviyyədə kommunikasiya və danışıq qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Loyallıq proqramına yeni müraciət edənlərin üzv edilməsi və məlumatlarının bazaya daxil edilməsi.
- Mesaj və zənglərin excel faylda (və ya müvafiq bazada) qeyd edilməsi.
- Proqram üzvlərinə xatırlatma mesajlarının göndərilməsi.
- Qaynar xəttə gələn zəng və mesajların cavablandırılması.
- Bonus, kampaniya, müsabiqələr zamanı məlumat mübadiləsi.
- Loyallıq proqramı üzvlərindən gələn şikayət və təkliflərin qeydə alınması.
- Daxil olan şikayət və təkliflərinin menecerə yönləndirilməsi.
- Rəhbərliyə gündəlik hesabatların təqdim olunması.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti.
- Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
- İş vaxtı həftədə 6 gün;
- Əmək haqqı 450 azn.
Maraqlı olan namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Operator” başlığı altında göndərə bilərlər.