Azmerika

Şirkət haqqında:
Azmerika MMC 2019-cu ilin dekabr ayından etibarən bir çox xarici brendlərin rəsmi distribütorluğunu həyata keçirir. Şirkətimiz gənc olmasına baxmayaraq, mühərrik yağı bazarında xüsusi nüfuza malik olan mühərrik yağı brendləri ilə əməkdaşlıq edir.
Belə ki, Azmerika MMC, ABŞ brendi olan AMSOIL, Kanada brendi olan Petro-Canada mühərrik yağlarının, həmçinin Tayvan markası olan Maxxis təkərlərinin Azərbaycandakı yeganə rəsmi distribütorudur.
Əlaqə vasitələri:
Satış nümayəndəsi (Şimal-Qərb bölgəsi)
- Cins: Bəy;
- Yaş: 25 – 35;
- Təhsil: Ali;
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər;
- Şəxsi avtomobil və sürücülük vəsiqəsi olması mütləqdir;
- Bazar təhlili və aktiv şəkildə müştərilərin axtarışı;
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı olmalıdır;
- Komandada işləmə bacarığı olmalı;
- Dil bilikləri: Azərbaycan.(rus dilini bilənlərə üstünlük verilir)
İş barədə məlumat:
- Şirkətin məhsullarının satışının təşkili (Mühərrik yağları və avtomobil şinləri);
- Mövcud müştəri bazasının genişləndirilməsi;
- Müştərilərin aktiv axtarışı və cəlb edilməsi;
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi;
- Satış planlarının yerinə yetirilməsi;
- Kommersiya təkliflərinin verilməsi;
- Satış nöqtələrinin vaxtlı vaxtında rut üzrə vizit olunması və yoxlanılması
- Işləyəcəyi bölgələr: Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz,Şəki, Zaqatala,Balakən, Ağdaş , Mingəçevir, Göyçay, Ucar rayonları olacaq.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-dan-18:00-dək;
- İstirahət günü: şənbə və bazar
- Əmək haqqı 1000-2000 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.