Auto Azerbaijan

Şirkət haqqında:
Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu lider mövqeyini hər zaman qorumağı bacaran "Auto Azərbaycan" şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Baş ofisi İstanbulda (Türkiyə) yerləşir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"ə daxil olan “Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur "Hyundai" avtomobil markasının rəsmi eksklüziv distribütorudur.
Əlaqə vasitələri:
Audit üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi
- Təftiş, nəzarət və audit tədbirlərinin keçirilməsi
- Audit zamanı aşkar edilmiş problemlər haqqında yekun qərar qəbul edilməsi üçün araşdırmaq;
- Anbarda mütəmadi olaraq sayım keçirmək
- Utilizasiya proseslərinin aparılması
- Maliyyə uyğunsuzluqlarının araşdırılması
- Risklərin qiymətləndirilməsi
- Səmərəliləşdirici təkliflərin hazırlanması
- Təhvil-təslim proseslərinin aparılması
- Günlük və aylıq görülən işlərin hesabatının rəhbərliyə təqdim olunması
- Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq üzrə)
- 22-30 yaş aralığında namizəd
- Beynəlxalq Sertifikatlara (ACCA F3) sahib olması üstünlükdür
- Maliyyə və mühasibat uçotuna dair nəzəri və praktiki biliklər.(1-3 il)
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək
- Analitik,riyazi düşünmə qabiliyyətinin yüksək olması;
- Komanda ilə və gərgin iş rejimində işləmək bacarığı.
- Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;
- Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
- Özünə əmin və dinamik xarakter;
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
- 6 günlük iş rejimi;
- Əmək haqqı – müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi " Audit üzrə mütəxəssis " başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.