Estet

Şirkət haqqında:
ESTET MMC 1997-ci ildən bəri Azərbaycan və digər ölkələrdəki inşaat firmalarını, inteqratorları və digər müəssisələri orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin etməkdədir. Son illərdə şirkətimiz fəaliyyət sferasını genişləndirərək yüksək texnoloji avadanlıqların satışı və texniki servis xidmətini göstərməyə başlamışdır. Şirkətimiz EMSA, MAKELSAN, LANDE, EMERSON/ VERTİV, ALFAMAX, ALFAFONET, EXCEL, 3M, ÜNTES, TRANE, ASSMANN/ DIGITUS, NORM, BSMİ, LU-VE GROUP, TALES ANALİTİK, ALCAD, HASSA, ETK KABLO şirkətlərinin rəsmi distribyutoru və partnyorudur.
Bundan əlavə ESTET MMC Avropa və Türkiyənin bir çox istehsalçı şirkətləri ilə də əməkdaşlıq edir.
Şirkətimiz elektrik və mexanika sahəsindəki beynəlxalq və yerli partnyorları ilə əməkdaşlığı sayəsində yenidənqurma və inşaat layihələrində gərəkli olan bütün elektrik, mexanika və yüksək texnoloji avadanlıqlara çox uyğun təkliflər verə bilir. Bundan başqa şirkətimiz bir çox böyük proyektlərdə “açar təslimi”, elektrik və data, yanğından mühafizə və ventilyasiya sistemləri, laboratoriya avadanlıqlarının satışı, quraşdırılması və servisi işləri də görür.
Əlaqə vasitələri:
Elektrik mühəndisi
Namizədin şəxsi keyfiyyətləri
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
İş barədə məlumat
- Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
- Layihə hazırlanması,layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
- Transformator, elektron avadanlıqların texniki xidməti;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
- Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
- Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz
- ziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,
Tələblər:
- Ali təhsilli (elektrik mühəndisliyi üzrə bakalavr və ya magistr),
- Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
- Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması,
- Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması,
- Konstruktor sənədlərinin tərtib olunması barədə standartların tələblərini bilməsi,
- Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması,
- Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı,
- Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
- Normativ və Texniki sənədlərlə işləmək bacarığı,
- MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı,
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir
- Əmək haqqı: Razilaşma yolu ilə
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV - lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Elektrik mühəndisi” qeyd etməklə göndərə bilərlər