SAB şirkəti

Şirkət haqqında:

Əlaqə vasitələri:

Büdcə və hesabatlılıq üzrə Aparıcı mütəxəssis

Zəhmət-Ruzi MMC (SAB) Büdcə və hesabatlılıq üzrə Aparıcı mütəxəssis vakansiyasını açıq elan edir.

Öhdəliklər: 

  • Xərc məlumatlarının bütövlüyünü təmin etmək üçün mütəmadi olaraq Cəmiyyətin maliyyə, istehsal və satınalma funksiyaları üzrə struktur vahidləri ilə əməkdaşlıq etməlidir.
  • Cəmiyyətin struktur vahidlərinə kommersiya və maliyyə məlumatlarının təmin edilməsində iştirak etməlidir.
  • Müntəzəm olaraq xərclər üzrə hesabatları hazırlamalı və rəhbərliyə təqdim etməli, xərclər ilə bağlı istifadə olunan məlumat bazalarının tənzimləməlidir. Xərclər ilə bağlı hesabatların düzgünlüyünə nəzarət etməli və müəyyən edilmiş standartlara uyğunluğunu təmin etməlidir.
  • Xərcləri Cəmiyyətin daxili məlumat bazasında (ERP sistemində) təqib etməlidir.
  • Xərclər ilə bağlı Cəmiyyətin struktur vahidləri və subpodratçılarla əlaqə saxlamalı və məlumat mübadiləsini təmin etməlidir.
  • Xərc amillərinin, məsrəf strukturlarının və məsrəf davranış modellərinin təhlilinə cəlb olunmaqla qənaət edilə bilən sahələri və ya xərclərin gözləniləndən çox olduğu sahələri müəyyən etməlidir. 
  • Tədarük edilən məhsullar/xidmətlərin dəyərinin müəyyən edilməsində iştirak etməlidir.
  • Xərclərin optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamalı və rəhbərliyə bildirməlidir.
  • Cəmiyyətin illik və müddətli büdcələrinin hazırlanmasında iştirak etmək.
  • Faktiki xərcləri Cəmiyyətin illik planlaşdırılmış büdcəsi ilə müqayisə etməli, kənarlaşmaların səbəblərini araşdırmalı və təkliflər verməlidir. Xərclərin müvafiq büdcə çərçivəsində qalmasını təmin etməlidir.
  • Cəmiyyətin aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamalı və təqdim etməlidir.
  • Hesabatların düzgünlüyünü təmin etməli və müvafiq qaydalara uyğunluğunu yoxlamalıdır.
  • Xərclər üzrə proqnozlar hazırlamalı və həyata keçirməlidir.
  • Daxili və kənar audit yoxlaması və ya digər yoxlamalar zamanı daxil olan sorğuları vaxtında cavablandırmalı, sorğu edilmiş məlumatları Cəmiyyətin daxili prosedur qaydalarına əsasən təqdim etməlidir.

Tələblər:

  • Maliyyə, Mühasibat, İqtisadiyyat və ya əlaqəli sahədə bakalavr dərəcəsi. Magistr dərəcəsi və ya peşəkar sertifikat (ACCA, CIMA, CPA, CFA) üstünlükdür.
  • Büdcə, maliyyə təhlili və ya hesabatlılıq sahəsində 2-5 illik təcrübə.
  • Maliyyə proqramlarında və Excel, 1C yüksək səviyyədə işləmə bacarıqları.
  • Büdcə prinsipləri, proqnozlaşdırma metodları və maliyyə təhlili üsulları haqqında güclü anlayış.
  • Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS) haqqında güclü anlayış.

Təkliflər: 

  • Mehriban kollektiv və geniş karyera imkanları 
  • Nahar 
  • Könüllü sığorta 
  • Əmək haqqı: 1600 – 1800 Azn (net)

İş yeri: Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 83 

CV-nizi mövzu hissəsində “Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap