İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Şirkət haqqında:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
Əlaqə vasitələri:
Sənədlərlə iş şöbəsinin kiçik mütəxəssisi (1 illik sosial məzuniyyət yerinə)
Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali təhsil;
- Təcrübə: 1 il vətəndaş müraciətləri və kargüzarlıq üzrə iş təcrübəsi üstünlükdür;
- Texniki biliklər: Ofis proqramları üzrə biliklər;
- Şəxsi bacarıqlar: Ünsiyyət və təqdimat bacarığı, problem həlletmə bacarığı və konfliktlərin idarəedilməsi, komandada işləmə bacarığı;
- Dil bilikləri: İngilis dili və rus dili bilikləri üstünlükdür;
Vəzifə öhdəlikləri:
- Agentliyə gələn qonaqların girişdə qarşılanması, onların qeydiyyatının aparılması, məlumatlandırılması və istiqamətləndirilməsi;
- Poçt göndərişlərinin siyahısı üzrə poçt xidməti tərəfindən hər ayın sonunda təqdim edilmiş hesabatlarda, qaimələrdə əks olunan məlumatların düzgünlüyünün yoxlanılması;
- Zərurət olduqda xidməti sənədlərin surətinin çoxaldılması və ya çıxarılması, aidiyyəti struktur bölmələrə paylanılması;
- Sənədlərin göndərilməsi və göndəriş reyestrlərinin hazırlanması;
- Əvvəlcədən məlumat vermədən Agentliyə gələn şəxslərin gəliş məqsədinin öyrənilməsi və bu barədə Agentliyin aidiyyəti əməkdaşına ətraflı məlumat verilməsi;
- Agentliyə daxil olan telefon zənglərinə cavab verilməsi, öz səlahiyyətləri çərçivəsində sorğuların cavablandırılması və ya zəngləri aidiyyəti üzrə əməkdaşlara yönləndirilməsi;
- Müraciət edən şəxslərin qəbula yazılması və vətəndaş qəbulunun təşkilində iştirak edilməsi;
- Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Müsahibə
Müraciət qaydası:
- CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!