PASHA Insurance

Şirkət haqqında:
PAŞA Sığorta şirkəti 2006-cı ildə təsis olunub və yarandığı gündən müştərilərin rahatlığına təminat verir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir. Bu cür yüksək səviyyəli kapital PAŞA Sığorta şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirmək üçün zəruri maliyyə imkanı formalaşdırır və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bununla yanaşı, Şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması onun gələcək inkişafı üçün zəmin yaradır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Agentlik Şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib.
PAŞA Sığorta öz fəaliyyətini “ISO 10001: 2018” beynəlxalq standartına əsasən Keyfiyyətin İdarə Olunması Sisteminə uyğun həyata keçirir.
Hazırda Şirkət 36 icbari və könüllü sığorta növü üzrə 300.000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərir.
Əlaqə vasitələri:
DevoOps üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Mövcud problemləri qiymətləndirmək və həmin problemlərinin həll olunması üçün müxtəlif yollar
- Proqram təminatlarının yerləşdirməsində yaranan çətinlikləri müəyyənləşdirmək və həll etmək
- Kodun (script) vaxtında hazırlanmasına və keyfiyyətinə nəzarət etmək və proseslərin səmərəliliyinin artırılması layihələrində iştirak etmək
- Təşkilat üçün kodlaşdırmanın standartlaşdırma və avtomatlaşdırma prosesləri üzrə planını hazırlanmasında iştirak etmək
- İstifadə edilən sistemlərin vəziyyətini yoxlamaq, nəzarət etmək və müvafiq hesabatların hazırlanması kimi gündəlik tapşırıqları yerinə yetirmək
- Konfiqurasiyanın idarə edilməsi və problemlərin aradan qaldırılması biliklərini formalaşdırmaq
- Dəstəklənən texnologiyalardan və infrastrukturdan istifadə edərək tətbiqlərin yerləşdirilməsində fəal iştirak etmək
- Vəzifə öhdəlikləri üzrə planlaşdırılmış və gündəlik hesabatları hazırlamaq
- Provisioning alətlərini başa düşmək və bu alətlərlə bağlı minimum iş təcrübəsinə sahib olmaq;
- Cİ/CD alətlərini başa düşmək və bu alətlərlə bağlı minimum iş təcrübəsinə sahib olmaq;
- Virtualizasiya texnologiyalarını başa düşmək və bu texnologiyalar ilə təcrübə;
- Container texnologiyasını başa düşmək və əhatəli təcrübəyə sahib olmaq
- Container orchestration texnologiyası ilə təcrübəyə sahib olmaq;
- İstənilən versiya kontrol sistemləri ilə zəruri səviyyədə təcrübəyə sahib olmaq;
- Mikroxidmətlər ilə zəruri səviyyədə təcrübəyə sahib olmaq;
Bacarıqlar / Biliklər:
- Windows Server əməliyyat sistemlərinə dair nəzəri və praktiki biliklər - inzibatçılıq səviyyəsində;
- Virtualizasiya texnologiyaları ilə təcrübə – vmWare;
- Proxy və web server-lərlə bağlı iş təcrüəbsi – Nginx, Apache, IIS və s.;
- Configuration Management tool-larla təcrübə – Ansible, Puppet və s.;
- Version Control tool-larla təcrübə – Git, Bitbucket, TFS;
- Cİ tool-larla iş təcrübəsi – Gitlab Cİ, Jenkins, TFS;
- Container runtime ilə bağlı biliklər – Docker, containerd, cri-o (əsasən Docker);
- Docker container-lərlə əlaqəli bilik və iş təcrübəsi – (Docker, Container, Docker file, Docker compose, Docker networking, image, image layer, və s.);
- İmage və artifact registy ilə iş təcrübəsi - Gitlab registy, Docker registry, Nexus;
- Gitlab və Github ilə iş təcrübəsi;
- CD ilə bağlı iş təcrübəsi – (Nümunə kimi – makefile, kaniko, Gitlab + helm operator + fluxCD);
- Orchestration platformalarla təcrübə – Kubernetes;
- Helm Chart və helm operatorlarla iş təcrübəsi;
- Python ilə təcrübə;
- Non relation bazalarla bilik və iş təcrübəsi – Redis, Mongo;
- Continius Monitorinq üçün biliklər – Nagios, ELK;
- Logging texnologiyaları ilə bağlı biliklər – GrayLog, Prometheus (Grafana), Alert manager;
- Container Networking – WeaveNet, flannel, Calico;
Təhsil və ixtisas
- Ali təhsil
Sertifikatlar
- CKA, Terraform arzu olunandır
Dil bilikləri
- Azerbaijani, English, Russian
Namizədin keçmiş təcrübəsi
- 2 il
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.