BESTİNG MMC

Şirkət haqqında:
"BESTING” MMC 2018-ci ildə Azərbaycanda qurulmuş qənnadı və çörək sektoru üçün qida xammalları istehsalı ilə məşğul olan şirkətdir.
Çörək və qənnadı istehsalçılarının güvənli tərəfdaşı olmaqla onlara kreativ ideyalar vermək, dünyada bu sektorda yaranan yeni trendlər, yeni reseptlər və yeni konseptlərin hazırlanması şirkətin başlıca vəzifələrindən biridir.
Şirkətin professional işçi heyəti Azərbaycan və onun hüdudlarından kənarda olan şirniyyat ustaları və istehsalçılara yaxın mövqe tutmaqla yaranan bütün istehsal problemlərində onlara dəstək olmağa davam edir. 2018-ci ildən etibarən bazarı keyfiyyətli məhsulla təmin etmək vəzifəsini üzərinə götürən "BESTING” MMC şirkəti bu yola "Sağlam qida və fərqli dad!" devizi ilə çıxdı!
Əlaqə vasitələri:
Təchizat üzrə mütəxəssis
İş barədə məlumat:
- Xarici və yerli alışları yerinə yetirməli, idxal-ixrac əməliyyətlarının həyata keçirilməsi mütləqdir
- Şirkətdaxili formalaşdırılmış sifarişləri anbar ehtiyyatları ilə müqaisə edib aidiyyati şöbələri məhsullarla təmin etməlidir
- Şirkətin satınalma siyasətinə ciddi şəkildə riayyət etməlidir
- Təchizat üzrə sənədləşmələrin düzgün şəkildə yerinə yetirilməsi
- Alınması zəruri hesab edilən mal, xidmət və ya işlərlə bağlı təchizatçı şirkətlərin müəyyən edilməsi, uyğun şirkətlərlə müqavilələrin bağlanması
- Təchizat barədə bazarın araşdırılması və danışıqların aparılması
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması
- Görülən işlər barədə aylıq və illik hesabatların aparılması
- Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi
İş şəraiti:
- 5 günlük iş qrafiki
- 09:00-dan- 18:00-dək
- Nahar fasiləsi- 13:00-dan-14:00-dək
- Əmək haqqı 1000 azn+ bonus
Namizədə tələblər:
- Yaş- 25 – 40 yaş
- Ali təhsil
- Təcrübə - 2 ildən yuxarı
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək vacibdir ,ingilis dili B1 (orta səviyyədə)
- MS Office proqramlarından sərbəst istifadə bacarığı, egov.az,xarici təchizat , AQTA və gömruk sisteminə təqdim olunması planlanma,sənədlərin təqdim olunması
- İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı
- 1C ERP proqramında iş təcrübəsi
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.