Şam - Fi MMC

Şirkət haqqında:
“Şam-Fi” MMC 2004-cü ildə yaranmışdır. İlk zamanlar topdan satış mərkəzi kimi fəaliyyətə başlayan şirkətimiz qısa müddət ərzində inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmişdir.
Daha sonra istehlakçılara daha yüksək səviyyəli xidmət göstərmək və keyfiyyətli brendlərin Azərbaycan vətandaşlarının istifadəsinə təqdim edə bilmək məqsədilə şirkətimiz distribüter fəaliyyətinə qədəm qoyur. Başlanğıcda yalnız Türkiyə Respublikasından qıda məhsullarının idxalı ilə fəaliyyətə başlayan şirkətimiz, hazırda əməkdaşlıq etdiyi ölkələrin siyahısına Rusiya Ukrayna, Almaniya, Hollandiya, Fransa, İtaliya, Belçika, Misir və s. kimilərini əlavə etmişdir.
Əlaqə vasitələri:
Nəqliyyat üzrə inzibatçı
Vəzifə Öhdəlikləri:
- Nəqliyyat komandası ilə bağlı hesabatların (Benzin, cərimə, geozona və s.) hazırlaması;
- GPS proqramı vasitəsi ilə nəqliyyat vasitələrinin izlənilməsi;
- Yol nəqliyyat sənədlərinin hazırlanması və düzgünlüyünün təmin edilməsi;
- Nəqliyyat komandasına aid inzibati aktların, tabellərin, cədvəllərin hazırlanması;
- Əlavə SƏTƏM təlimatına ehtiyac olmayan vəzifəyə uyğun işləri icra etmək.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Başlanğıc səviyyədə MS Excel biliyi;
- Məntiqi-analitik düşüncə qabiliyyəti;
- Hesabat hazırlama bacarığı;
- Güclü ünsiyyət qurmaq bacarığı;
- Logistika işinin təşkili və idarə edilməs barədə biliklərə sahib olmaq;
- Texnikanın istismar normativlərini bilmək.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- Nahar yeməyi təminatı;
- İş yeri Güzdək qəsəbəsindədir;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.
Tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Nəqliyyat üzrə inzibatçı’’ qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik.