Aqrar Tədarük və Təchizat

Şirkət haqqında:

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar tədarük və təchizat Açıq Səhmdar Cəmiyyəti Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması; tedaruk.az elektron portalının operatoru funksiyasını həyata keçirir. Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Portal həm istehsalçıların, həm də satınalan təşkilatların istifadəsi üçün açıqdır. Həmçinin ölkədə kənd təsərrüfatının inkişafı, kənd təsərüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, aqrar sahibkarlığın stimullaşdırılması, fermerlər üçün kanalları və gəlir mənbələrinin yaradılması, kənd təsərrüfatı sahəsində gender balansının təmin olunması və qorunması, gənclərin aqrar sahədə maarifləndirilməsi və alternativ satış istiqamətləri üzrə "Aqrar tədarük və təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən Kənddən Şəhərə yarmarkaları, Şəhərdən Kəndə, AFAQ layihələrini həyata keçirir. Bu layihələrin əsas hədəfi beynəlxalq təcrübədən istifadə etməklə yerli bazar üçün real həllər yaratmaqdır.

Əlaqə vasitələri:

Elektron portal əməliyyatları üzrə mütəxəssis

Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Vəzifə öhdəlikləri:

  • Elektron portalda ona təhkim olunmuş dövlət satınalan təşkilatların işlənməsinə nəzarət;
  • Proseslərin düzgün icrasını təmin etmək və portal vasitəsilə koordinasiyanı qurmaq;
  • Elektron platformada istifadəçi rollarının idarə edilməsində dəstək göstərmək;
  • Portalda sənəd dövriyyəsinin izlənməsi və sənədlərin düzgün formatda sistemə yüklənməsi prosesini yoxlamaq;
  • Portalda baş verə biləcək texniki çətinliklərin, nasazıqların həllində operativ iştirak etmək;
  • Portalda yerləşdirilmiş məlumatların uyğunluğunu yoxlamaq və uyğun olmayan hallarda aidiyyəti üzrə məlumatlandırmaq;
  • Gündəlik və aylıq hesabatların ofis programlarında hazırlanmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblər:

  • Ali təhsil 
  • MS Office proqramlarında, xüsusən Excel proqramında işləmək bacarığı
  • Ən azı 1 illik iş təcrübəsi 
  • Azərbaycan dili (yüksək səviyyədə)
  • Peşəkar yanaşma və nəticəyönümlü fəaliyyət;
  • Komandada işləmək  bacarıqları
  • Təşəbbüskar və proses yönümlü davranış
  • Güclü ünsiyyət və koordinasiya bacarıqları

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında razılaşdırılacaq
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Göstərilən tələblərə cavab verən namizədlərdən bilik və təcrübədən asılı olaraq CV-lərini mövzu (subject) hissəsinə “Elektron portal əməliyyatları üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap