Servis sürücüsü
Vəzifə Haqqında
Bizim komandamıza qoşulmaq üçün Servis Sürücüsü vəzifəsinə məsuliyyətli bir namizəd axtarırıq. Siz Servis Sürücüsü olaraq təhkim olunmuş nəqliyyat vasitəsilə fabrikin işçilərini Bakı şəhərindən Hacıqabul şəhərinə fabrikə qədər təsdiq olunmuş marşruta əsasən vaxtında və təhlükəsiz şəkildə daşınmasını təmin edəcəksiniz.
İş Barədə Məlumat:
- İş yeri - Hacıqabul şəh.;
- Müəssisənin işçilərini Bakı şəhərindən Hacıqabul şəhərinə fabrikə aparmaq və işdən sonra Hacıqabul fabrikdən Bakıya gətrimək;
- Əməkdaşlarla nəzakətli və etik ünsiyyəti təmin etmək;
- Təsdiq olunmuş marşruta tam riayət etmək;
- Avtomobilin texniki vəziyyətinə nəzarət etmək, təmir ehtiyacı olduqda rəhbərliyə məlumat vermək;
- Nəqliyyat vasitəsinin təmizliyini və gigiyenik vəziyyətini təmin etmək;
- Yol hərəkəti qaydalarına tam riayət etmək və sərnişinlərin təhlükəsizliyini qorumaq;
- 6 günlük iş rejimi və həftədə bir gün istirahət;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 700-1000 azn ( Müsahibə əsasında);
- İdarə olunacaq avtomobilin markası: Mersedes.
Tələblər:
- BC kateqoriyalı sürücülük vəsiqəsi;
- Ən azı 5 il sürücülük təcrübəsi;
- Magistral yollar üzrə minimum 2 il sürücülük təcrübəsi (vacib şərtdir);
- Yaş həddi: 28-50 yaş arası;
- Xırdalan, Binəqədi, Biləcəri ərazisində yaşayan namizədlərə üstünlük veriləcək;
- Yol hərəkəti qaydalarına dərindən bələd olmaq və təhlükəsiz idarəetmə bacarığı;
- Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək bacarığı;
- Şirkət tərəfindən müəyyən edilmiş daxili qaydalara riayət etmək.
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz.