AzStudy

Şirkət haqqında:
AzStudy xaricdə təhsil mərkəzidir. Türkiyə, Ukrayna, Rusiya, Avropa ölkələri, ABŞ ve bir çox ölkələrdə təhsil almaq istəyən tələbələrə dəstək olur. 10 ildən çoxdur ki, fəaliyyətdədir.
Əlaqə vasitələri:
Maliyyə üzrə Təcrübəçi
İş şəraiti
- İş qrafiki: 10:00-19:00
- Əmək haqqı: Müsahibə əsasında
Əsas vəzifə öhdəlikləri:
- Maliyyə sənədlərinin hazırlanmasında və arxivləşdirilməsində maliyyə şöbəsinə dəstək göstərmək
- Gündəlik xərclərin və gəlirlərin qeydiyyatında iştirak etmək
- Maliyyə hesabatlarının hazırlanmasında müvafiq məlumatları toplamaq və analiz etmək
- Excel cədvəlləri üzərində işləmək və maliyyə məlumatlarını düzgün formatda təqdim etmək
- Maliyyə şöbəsinin digər gündəlik işlərində kömək etmək
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahə üzrə – tələbə və ya yeni məzun)
- Maliyyə sahəsinə maraq və bu istiqamətdə karyera qurmaq istəyi
- MS Office proqramları ilə işləmə bacarığı (xüsusilə Excel)
- Dəqiqlik, məsuliyyətlilik və öyrənməyə həvəs
- Analitik düşüncə və komanda ilə işləmə bacarığı
- Maliyyə və mühasibatlıq üzrə ilkin biliklərin olması
- İngilis dili və ya rus dili biliyi (arzuolunandır)
- 1C və ya digər mühasibat proqramları barədə ilkin məlumat
Təklif olunur:
- Real iş mühiti və peşəkar komanda ilə işləmə imkanı
- Təcrübə proqramını uğurla bitirən şəxslərə işə qəbul imkanı
- Karyera inkişafı üçün təməl bilik və bacarıqların əldə edilməsi
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər.