YIĞIM Payment System

Şirkət haqqında:
2017-ci ildə təsis edilmiş "YIĞIM Ödəniş Sistemi” şirkətlərə yüksək texnologiyalı ödəniş həlləri təklif edir. Sahibkarlara bir qoşulma ilə qısa zamanda çox sayılı ödəmə kanalları üzərindən (Nağd Ödəniş terminalları, Mobile Banking tətbiqləri, elektron pul kisələri) ödənişləri toplamaq imkanı yaradır. Brend eyni zamanda prosessinq xidməti kimi də fəaliyyət göstərir. Şirkətlərə saytlarında və mobil tətbiqlərində bank kartları ilə ödənişlərin qəbulu üçün geniş funksiyalı həllər təklif edir.
Əlaqə vasitələri:
Komplayns üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyəti üzrə mövcud qanunvericilik, tənzimləyici aktlar və daxili normativ sənədlərə uyğunluğun təmin edilməsi;
- ƏL/TMM qanununa əsasən prosedurlarının tətbiqi və yoxlanması
- Risklərin azaldılması məqsədilə hüquqi və normativ tələblərə riayət olunmasına nəzarət;
- Daxili nəzarət və komplays şöbəsinin siyasət və prosedurların hazırlanmasında iştirak etmək, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- Yeni məhsul və xidmətlərin hüquqi uyğunluğunu qiymətləndirmək və rəy vermək;
- Nəzarət orqanları (Mərkəzi Bank, Maliyyə Monitorinq Xidməti və s.) ilə yazışmalar və hesabatların hazırlanması;
- Komplayns risklərinin təhlili və bu risklərin idarə olunması üçün tədbirlərin təklif edilməsi;
- Şirkətin əməkdaşlarının Komplayns qaydalarının tətbiqi və prosedurların məlumatlandırılması və təlimatlandırılması proseslərində iştirak;
- Daxili audit və yoxlamalar zamanı dəstək göstərmək və tövsiyələrin icrasına təmin etmək.
Namizədə tələblər:
- Hüquq ixtisası üzrə ali təhsil;
- Bank və ya maliyyə sektorunda, xüsusilə hüquq və komplayns sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının bank qanunvericiliyi və beynəlxalq komplayns standartları üzrə biliklər;
- Risk, audit, daxili nəzarət və ƏL/TMM sahəsində sertifikatın olması
- Analitik düşünmə qabiliyyəti, detallara diqqət və yüksək peşəkarlıq;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı (Azərbaycan dilində sərbəst, ingilis və rus dili üstünlükdür);
- Yüksək məsuliyyət və müstəqil qərarvermə bacarığı.
Tələblər:
- Hüquq və ya əlaqəli sahə üzrə ali təhsil
- Bank və ya maliyyə sektorunda komplayns sahəsində minimum 2-5 il iş təcrübəsi
- Azərbaycan Respublikasının maliyyə inistitutlarına dair qanunvericiliyini dərindən bilmə
- ƏL/TMM üzrə bilik və təcrübə
- Yüksək analitik düşüncə və detallara diqqət
- Müstəqil və komandada işləmək bacarığı
- Azərbaycan dilində səlis, ingilis və rus dillərində işgüzar ünsiyyət bacarığı arzuolunandır
Yuxarıda qeyd olunan meyarlara cavab verən namizədlər öz CV-lərini e-mail-in mövzu hissəsində “Komplayns üzrə aparıcı mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.